Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Dünya

Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb

1news Redaksiyası10:17 - Bu gün
Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb

Seuldan (Cənubi Koreya) cənubda yerləşən Sonnam şəhərində avtobus işıqforda gözləyən 30-dan çox avtomobilə çırpılıb, nəticədə 57 nəfər yaralanıb.

1news.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Avtobus əvvəlcə digər dörd avtobus, yük maşını və 27 minik avtomobili ilə toqquşub, daha sonra dəmir konstruksiyaya çırpılaraq dayanıb.

Hadisə nəticəsində 9 nəfər ciddi xəsarət alıb.

Mövcud məlumatlara görə, avtobusun sürücüsü polisə əyləclərin işləmədiyini bildirib.

Qəzanın səbəbi araşdırılır.

Polis bildirib ki, sürücü sərxoş vəziyyətdə olmayıb, lakin onun narkotik qəbul edib-etmədiyini yoxlamağı planlaşdırır.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər