Paşinyan dekabrda Rusiyaya üç dəfə səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayı ərzində Rusiyaya üç dəfə səfər etməyi planlaşdırır.
1news.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilib ki, səfərlərin dekabrın 3-də, 11-də və 22-də baş tutması nəzərdə tutulur.
Paşinyan bu barədə Dublində çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, qarşıdakı səfərlərin əsas məqsədi danışıqlar aparmaqdır. Ermənistanın Baş naziri İrəvanla Moskva arasında münasibətlərdə dostluq atmosferinin qorunub saxlanılacağına ümid etdiyini də bildirib.
Paşinyan çıxışı zamanı Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlığı məsələsinə də toxunub.
Bu istiqamətdə gələcək əməkdaşlığın perspektivlərindən danışan hökumət başçısı Ermənistanın siyasi məqsədinin "alternativ yaratmaq" olduğunu vurğulayıb.











