İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim - VİDEO

1news Redaksiyası21:10 - Bu gün
Digər dillərdə oxuyun:РусскийEnglish
İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim - VİDEO

Türkiyəli jurnalist, bloger və təhlükəsizlik məsələləri üzrə analitik Hamid İhtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanlayıb.

1news.az xəbər verir ki, bloger dövlət başçısından soruşub ki, əgər o, bütün dünyanın prezidenti olsaydı, iqlim dəyişmələri ilə mübarizə məsələlərində nəyi dəyişərdi.

"Mən hər bir liderə tövsiyə edərdim ki, iqlim dəyişmələri problemlərinin həlli ilə bağlı öz ölkəsində məsuliyyətini dərk etsin və planeti qorumaq üçün mümkün olan hər şeyi etsin", - deyə Prezident İlham Əliyev cavab verib.

Söhbətin sonunda jurnalist dövlət başçısına planetin gələcəyi ilə bağlı fikirlərini bölüşdüyünə və müsahibəyə vaxt ayırdığına görə təşəkkür edib.

Qeyd edək ki, COP31 çərçivəsində Hamid İhtiyar digər ölkələrin liderlərindən, o cümlədən Ukrayna Prezidenti Vladimir Zelenskidən də müsahibə alıb.

Paylaş:
36

Son xəbərlər

Bütün xəbərlər