23 saylı məktəbdən müəllimin xəstəliyi ilə bağlı açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

23 saylı məktəbdən müəllimin xəstəliyi ilə bağlı açıqlama

17:58 - 14 / 02 / 2018
23 saylı məktəbdən müəllimin xəstəliyi ilə bağlı açıqlama

Son günlər sosial şəbəkələrdə Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə çalışan  müəllimin xəstəliyi ilə əlaqədar məlumatlar yayılmaqdadır. Bildiririk ki, həmin təhsil müəssisəsinin müəllimi Q.Balayeva (adlar şərtidir) ötən ilin 26 dekabr tarixindən “kəskin respirator xəstəliyi” diaqnozu ilə işə gəlmir.

Bu açıqlama 1news.az-a Bakı şəhəri 23 saylı tam orta məktəbdən verilib. 

Fevralın 9-da Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 23 nömrəli tam orta məktəbə göndərilən məktubda Q.Balayevada (adlar şərtidir) “sağ ağciyərin vərəmi” diaqnozunun təsdiq edildiyi qeyd olunub.

Dərhal Səhiyyə Nazirliyinin qurumları tərəfindən təhsil müəssisəsinin pedaqoji heyətinin və şagirdlərin müvafiq müayinəsi, həmçinin profilaktik tədbirlər həyata keçirilib və bu iş davam etməkdədir.

Ötən il dekabrın 26-dan bu günə qədər şagird və müəllimlər arasında heç bir xəstəlik əlaməti aşkar olunmayıb.

1news.az

Paylaş:
2727

Son xəbərlər

Bütün xəbərlər