Bakıda Almaniyanın yeni viza mərkəzinin açılışı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Almaniyanın yeni viza mərkəzinin açılışı olub

14:10 - Bu gün
Bakıda Almaniyanın yeni viza mərkəzinin açılışı olub

Bu gün Azərbaycanın paytaxtında Almaniya Federativ Respublikasına səfər etmək istəyən vətəndaşlara peşəkar və rahat xidmət göstərmək məqsədilə yeni Almaniya Viza Mərkəzi - TLS Contact şirkətinin rəsmi açılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, açılış tədbirində Almaniya səfirliyinin nümayəndələri, tərəfdaş şirkətin təmsilçiləri, qonaqlar və media nümayəndələri iştirak ediblər. Tədbir zamanı çıxış edənlər viza mərkəzinin iki ölkə arasında münasibətlərin inkişafı, mədəniyyətlərarası mübadilə və turizm axınının gücləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıblar.

“Bu qapılar Almaniyaya aparan bir keçid kimidir. Burada çalışan insanlar isə Almaniyaya səfər etmək istəyən vətəndaşların ilk qarşılaşdığı şəxslərdir. Siz, bir növ, ölkələrimiz arasında elçilərsiniz. Əminik ki, əməkdaşlığımız uzunmüddətli və səmərəli olacaq”, – Almaniyanın Azərbaycandakı diplomatik missiyası rəhbərinin müavini Heyko Şvarts deyib.

Yeni viza mərkəzi beynəlxalq standartlara uyğun təchiz olunub və müraciət edənlərə yüksək səviyyəli xidmət, şəffaflıq və rahatlıq təmin etmək məqsədi daşıyır. Mərkəz turist, biznes, təhsil, ailə və digər viza kateqoriyaları üzrə müraciətləri qəbul edəcək.

Viza mərkəzinin açılması Almaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımdır. Mərkəz artıq fəaliyyətə başlayıb və səyyahlar, tələbələr, sahibkarlar və Almaniyanı ziyarət etmək istəyən bütün şəxslər tərəfindən böyük maraqla qarşılanacağı gözlənilir.

Paylaş:
126

Son xəbərlər

Bütün xəbərlər