1news.az

ABŞ-da qəhvənin bir fincanı 75 dollara satılır

14 May saat 16:29 ~ 1 dəqiqəlik oxu 218
ABŞ-da qəhvənin bir fincanı 75 dollara satılır

ABŞ-da ən bahalı qəhvə Kaliforniyanın San-Fransisko şəhərində satılır. Xüsusi növ içkinin bir fincanının qiyməti 75 dollardır.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, həmin qəhvə növü “Elida Geisha Natural” adlanır. “Klatch Coffee” kompaniyası onun dənələrinin bir funtunu (0,45 kiloqram) Panamada keçirilən hərracda 803 dollara alıb. Qovurduqdan sonra isə qiymət 1,2 min dollara qalxıb.

“Klatch Coffee” hərracda cəmi 5 kiloqrama yaxın “Elida Geisha Natural” qəhvəsi alıb. Ötən il baş tutan hərracda ümumilikdə 45 kiloqram eksklüziv dənəvər qəhvə satılıb.

Həmçinin kompaniya “Elida Geisha Natural” qəhvəsini internet vasitəsi ilə də satışa çıxarıb. Müştərilər onun 18 qramını 75 dollara əldə edə bilərlər.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net