Almaniyada “miqrant alveri” ilə məşğul olan 7 azərbaycanlı saxlanılıb – SİYAHI | 1news.az | Xəbərlər
Dünya

Almaniyada “miqrant alveri” ilə məşğul olan 7 azərbaycanlı saxlanılıb – SİYAHI

10:03 - 14 / 11 / 2019
Almaniyada “miqrant alveri” ilə məşğul olan 7 azərbaycanlı saxlanılıb – SİYAHI

Ötən gün Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb.

“Report”un Avropa bürosu xəbər verir ki, Almaniyada qanunsuz miqrasiya işləri ("miqrant alveri") ilə məşğul olmaqda şübhəli bilinən cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Barələrində həbs qətimkan tədbiri seçilən şəxslər aşağıdakılardır:

  1. Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi,
  2. İlham Həsən - Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı,
  3. Mehdi Xəlilbəyli - Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini,
  4. Abdin Cavadov - Müsavat AKM-in üzvü,
  5. Əlövsət Əliyev - “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi,
  6. Rəşad Məmmədov - Mehdi Xəlilbəylinin sürücüsü,
  7. Elşən Abdullayev - Müsavat Partiyasının üzvü

Qeyd edək ki, ötən gün Almaniyada polis "miqrant alveri" ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat təşkil edib.

Federal Kriminal polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.

Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, Azərbaycanın hüquq-mühafizə orqanlarına aid möhür və ştamplar, eyni zamanda ümumilikdə 21 min avro nağd pul vəsaitini maddi sübut kimi götürüb.

Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, azərbaycanlılardan ibarət cinayətkar dəstə sonuncu dəfə 20 Azərbaycan vətəndaşını 3 min və 10 min avro qarşılığında saxta sənədlərlə təmin edərək, onların qanunsuz yolla Almaniyaya gəlmələrinə kömək ediblər.

Həbs edilənlərdən Ə.Əliyev 2015-ci ildə ailəsi birlikdə Almaniyaya mühacirətə gedib. O, Almaniyanın Düsseldorf şəhərində “Leqat” inteqrasiya mərkəzini təsis edərək bu ölkədə yaşan miqrant və mühacirlərə hüquqi xidmət göstərib.

2003-cü ildə Azərbaycandan gedərək Almaniyadan sığınacaq alan M.Xəlilbəyli isə ötən illər ərzində qanunsuz miqrant alveri ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvü olub.

S.Xankişiyeva

 

Paylaş:
658

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər