ATƏT Attarın akkreditasiyasını niyə ləğv etdi?! - Açıqlama | 1news.az | Xəbərlər
Siyasət

ATƏT Attarın akkreditasiyasını niyə ləğv etdi?! - Açıqlama

20:44 - 13 / 02 / 2020
ATƏT Attarın akkreditasiyasını niyə ləğv etdi?! - Açıqlama

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən icləsında ilk olaraq ATƏT DTİHB-nin 9 fevral parlament seçkiləri ilə əlaqədar seçki müşahidə missiyasının müraciətinə baxılıb. 

Qeyd olunub ki, ATƏT öz missiya rəhbəri müşahidəçilərdən biri olan Aygün Attarın akkreditasiyasının ləğv olunmasını xahiş edir. MSK-nın qərarına əsasən müraciət təmin edilib və Aygün Attara verilmiş lövhəcik etibarsız hesab edilib.

Bəs Aygün Attar kimdir və hansı səbəbə görə akkreditasiyası ləğv edilib?

“Qafqazinfo” məlumat üçün bildirir ki, ATƏT müşahidəçilərindən olan professor, tarixçi Aygün Attar uzun illər Türkiyənin Girəsun Universitetinin rektor vəzifəsində çalışıb. 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına mükafatına layiq görülən tarixçi həmçinin Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərib. Belə ki, o, ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir. 
3-12 fevral tarixlərində ATƏT-də beynəlxalq müşahidəçi kimi ölkəmizdə səfərdə olan A. Attar seçki günü yazdığı bir məqalədə təssüratlarını belə bölüşüb:

“İkinci dəfə müstəqillik əldə etdiyi tarixin üstündən hələ 30 il keçməsə də, müsbət inkişafların görməzlikdən gəlinərək yalnız neqativliyin önə çıxarılması Azərbaycan adına da, vətəndaşı olduğum Türkiyə adına da məni çox üzdü.
Bu sətrləri yazdığım zaman seçkilər hələ bitməyib və seçkiləri izləyən ATƏT-in seçki müşahidə komitəsinin hesabatı açıqlanmayıb. Ancaq şəxsən hesab edirəm ki, hesabat mənfi olacaq, çünki qərəzlilik obyektivliyə zərər verəcək.

ATƏT-in hazırladığı hesabatın hüquqi sanksiyası yoxdur, lakin hesabat Azərbaycanla ATƏT-ə üzv ölkələr arasındakı münasibətlər üçün vacibdir. Sizə məsləhətim budur ki, Azərbaycanda neft və təbii qazdan başqa xoşniyyətli insan enerjisini vurğulayan diskussiyalara üstünlük verin və bu fəaliyyətlərə dəstək olun. Ölkədə gedən seçki prosesinə hörmətlə yanaşmaq Azərbaycanın dəvəti ilə keçirilən seçkilərdə bütün xarici müşahidəçilərin qanuni borcudur”.

Qısa olaraq qeyd etdiyimiz məqalə çap olunduqdan sonra Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə görə ATƏT müşahidə şurasının tərkibində yer almış nümayəndənin akkreditasiyasının ləğvi üçün MSK-ya müraciət edib. Hər zaman insanların öz fikrini səsləndirməkdə azad olduğunu vurğulayan bir qurumun belə bir addım atması ağıllarda sual işarəsi yaradıb. 

Nəyə görə ATƏT belə dözümsüz davranaraq öz fikrini ifadə etdiyi üçün missiyasının tərkibində yer almış bir professora qarşı bu cür mövqe nümayiş etdirib? Həm dözümsüzlük nümayiş edilib, həm də bərabər fikirlərə yer ayrılmayıb. Belə çıxır ki, nümayəndə ölkə əleyhinə fikir yazsa, ATƏT heç də onun akkreditasiyasının ləğv olunması ilə bağlı müraciət etməyəcək və əksinə olaraq onu dəstəkləyəcək.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən A.Attar bildirib ki, toplantıda Azərbaycanda keçiriləcək seçkilərlə bağlı müşahidəçilərə qeyri-obyektiv məlumatlar verilib:

“Bununla əlaqədar fevralın 8-də sosial media üzərindən ATƏT Müşahidə Missiyasının rəhbərliyinə etirazımın ifadə olunduğu müraciət yazdım. Müraciətimdə ATƏT-i beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə, Azərbaycanın daxili işlərinə qarışmamağa, obyektiv mövqe ortaya qoymağa çağırdım. Mən mədəni çərçivədə öz tənqidi mövqeyimi ortaya qoydum. Fevralın 9-da isə ATƏT/DTİHB-nin Müşahidə Missiyasının üzvü kimi vəzifəmi yerinə yetirdim. Fevralın 11-də müşahidəçilərin sonuncu toplantısında ATƏT-dən iki nəfər mənə müşahidəçi kimi akkreditasiyamın ləğv olunduğunu söylədilər. Bunun səbəbini soruşdum. Soruşdum ki, beynəlxalq müşahidəçi kimi obyektivlikdən kənar bir hərəkətimmi olub? Dedilər ki, yox. Səbəb fevralın 8-də etdiyim müraciətdir. Mən isə ATƏT-in ölkələrdə fikir, mətbuat azadlığı, demokratiyanın təsis olunması üçün təsis edildiyini xatırlatdım. Dedim ki, necə olur ki, ATƏT özü kiçik bir tənqidə belə dözmür, amma başqa ölkələri tənqid edir, guya dərs verir. Onlar da mənim akkreditasiyamın ləğv olunması üçün MSK-ya müraciət etdi. Məsələnin mahiyyəti budur”.

1news.az

Paylaş:
1072

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər