1news.az

Aviasərnişinlərin 3 ən sevimli məşğuliyyəti bu imiş

11 Dekabr saat 11:14 ~ 1 dəqiqəlik oxu 59
Aviasərnişinlərin 3 ən sevimli məşğuliyyəti bu imiş

Ucuz biletlərin axtarışı üzrə turist servisi səyahətçilər arasında sorğu keçirib.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, onlar uçuş vaxtı üstünlük verdikləri məşğuliyyətlərini açıqlayıb. Sorğuda 26 min insan iştirak edib. Təyyarə sərnişinlərinin 40%-i həmin vaxt yatmağa üstünlük verdiyini bildirib.

Bir çox səyahətçilər öz komfortlarını təmin etməyə çalışır - özləri ilə boyun üçün yastıq, yatmaq üçün maska götürür, eləcə də uçuş üçün rahat geyim seçirlər. Bəzi sərnişinlər uçuş vaxtı doyunca yatmaq üçün təyyarə reysinə qədər ayıq qalır. Respondentlərin bir qismi yuxu dərmanı qəbul edir.  

Yuxusu gəlməyən 29% sərnişin musiqi dinlədiyini və ya film izlədiyini açıqlayıb.

Sorğuda iştirak edənlərin 17%-i isə uçuş vaxtı kağız və ya elektron kitablar oxumağa üstünlük verdiyini bildirib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net