Azərbaycanda ən çox şikayət edilən tikinti şirkətləri - SİYAHI | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda ən çox şikayət edilən tikinti şirkətləri - SİYAHI

13:32 - 19 / 02 / 2020
Azərbaycanda ən çox şikayət edilən tikinti şirkətləri - SİYAHI

Ötən il vətəndaşlar tərəfindən Prezident Administrasiyasına tikinti şirkətlərinin fəaliyyəti ilə bağlı çoxsaylı müraciətlər göndərilib. İl ərzində 100-dən çox tikinti şirkətindən şikayətlər daxil olub.

1news.az-ın məlumatına görə, bu, Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” adlı məqaləsində öz əksini tapıb.

S.İsmayılovun sözlərinə görə, vətəndaşlar bəzi tikinti şirkətlərində müqavilə şərtlərinə riayət edilməməsindən, aldıqları mənzillərin başqalarına satılması ilə bağlı müraciət edirlər:

"İl ərzində 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, tikinti işlərinin vaxtında yekunlaşdırılmamasından, bəzi şirkətlərin mənzilləri iki və daha artıq şəxsə satmasından, kompensasiya verilmədən söküntü işlərinə başlanılmasından və ya kompensasiyaların az olmasından, təsdiq edilmiş layihədən kənara çıxılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən, yaşayış komplekslərinin idarə edilməsindəki bəzi çatışmazlıqlardan, aldıqları mənzillərin başqalarına satılmasından şikayət ediblər. 

Bunlardan "Birlik-İnşaat", "Murad M.S.", "İnteks", "Grand Plaza", "Araz-2011A", "Pearl Construction", "Fədək", "MVVL Verus Praedium", "NV Construction", "Malibo", "Draft Construction", "Pilot-1", "RÜR", "Avro Qrand", "Abşeron LTD-2013", "Pilot İnşaat A", "Qafqaz-A", "İlkin N", "Qaya Qala", "Rifah Plaza", "RNQ Qroup", "Poleks", "Sweet House", "Memar Group", "Hayan-E", "Dərəçiçək", "Narm", "Karat", "Xəzər İnşaat", "Hermes-S" "Servis", "Mahal", "Yeni Yasamal, ,"Yüksəliş-C", "Avanqard İnşaat", "FF"-2011, "Abidə", "Gözəl Bakı", "Star-M" "Müasir Arena", "Home Paş Prestij", "Kristal Abşeron", "İlin Dörd Fəsli", "Olimp", "Şakir", "AAAF Park", "İnvest-2016", "Məkan", "Bulaq-2", "Xudafərin", digər MMC və MTK-lar barədə şikayətlər daha çox olub".

1news.az

Paylaş:
1463

Son xəbərlər

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33
Bütün xəbərlər