Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

17:05 - 28 / 10 / 2020
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dekabrın 1-dək müddəti uzadılıb.

1news.az xəbərinə görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılsın.
  2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 2.1. 1.1-ci bəndin mətnində “2 noyabr” sözləri “1 dekabr” sözləri ilə əvəz edilsin;

2.2. 1.1.15-ci və 1.2.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“1.1.15. Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək,  14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması;

1.2.5. 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması;”.

  1. Bu Qərar 2020-ci il 2 noyabr saat 06:00-dan qüvvəyə minir.

Qafar Ağayev

Həmçinin bax:

Bu rayon və şəhərlərə giriş-çıxış dayandırılır – SİYAHI

 

Paylaş:
739

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər