Azərbaycanın Rusiyadakı səfirliyi önündə təxribat törədənlər müəyyən olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Rusiyadakı səfirliyi önündə təxribat törədənlər müəyyən olunub

23:47 - 29 / 10 / 2020
Azərbaycanın Rusiyadakı səfirliyi önündə təxribat törədənlər müəyyən olunub

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi önündə təxribat törədənlər müəyyən olunub. Onlar Rusiya qanunlarına uyğun olaraq cəzalandırılacaqlar.

AZƏRTAC Azərbaycanın Rusiyadakı səfirliyinə istinadla xəbər verir ki, oktyabrın 27-si saat 10:48-də səfirliyin inzibati binasının yaxınlığında Müslüm Maqomayevin abidəsinə yaxınlaşan iki naməlum şəxs postamentində dəmir zəncirlərlə möhkəmləndirərək anti-Azərbaycan yönümlü mətni olan lövhə yerləşdiriblər. Lövhə həmin gün saat 11:53-də aşkar edildikdən dərhal sonra oradan götürülüb. Bu faktla əlaqədar səfirlik dərhal bütün lazımi tədbirləri görən Moskvanın hüquq-mühafizə orqanlarına müraciət göndərib.

Səfirlik bu təxribatı törədənlərin müəyyən edildiyini və Rusiya Federasiyası qanunlarına uyğun olaraq ən yüksək səviyyədə cəzalandırılacaqlarını bildirib.

S.Xankişiyeva

 

Paylaş:
445

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər