“Azərişıq”: Qeyri-iş günlərində istehlakçılar fasiləsiz enerji ilə təmin olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq”: Qeyri-iş günlərində istehlakçılar fasiləsiz enerji ilə təmin olunacaq

14:40 - 23 / 05 / 2020
“Azərişıq”: Qeyri-iş günlərində istehlakçılar fasiləsiz enerji ilə təmin olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ramazan bayramı ilə əlaqədar müəyyən etdiyi 8 günlük qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram yarmarkalarının keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görülüb.

Bunu 1news.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəisi Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, qurumun Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib:

“Azərişıq" əməkdaşları koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyi vaxtdan gücləndirilmiş iş rejimində çalışır. Qarşıdan gələn bayram günlərində də bu rejimdə fəaliyyətimiz davam edəcək. Baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb. Elektrik şəbəkələrinin normal iş rejimi təmin olunmaqla bayram günlərində RETSİ-lər və rayon (şəhər) Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil edilib”.

"Azərişıq" sözçüsü istehlakçılara da müraciət edib: "İstehlakçılardan xahiş edirik ki, baş verə biləcək hər hansı kəsinti və qəza hallarını aradan qaldırmaq üçün 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər".

Qafar Ağayev

Paylaş:
690

Son xəbərlər

Bakıda mənzildən meyit tapılıb09 / 05 / 2024, 18:06“Anadolu Ankası - 2024” təlimi davam edir - VİDEO09 / 05 / 2024, 17:37“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıb09 / 05 / 2024, 17:03Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEO09 / 05 / 2024, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİ09 / 05 / 2024, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilib09 / 05 / 2024, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıb09 / 05 / 2024, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub09 / 05 / 2024, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTO09 / 05 / 2024, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcək09 / 05 / 2024, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik09 / 05 / 2024, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunub09 / 05 / 2024, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdır09 / 05 / 2024, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”09 / 05 / 2024, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq09 / 05 / 2024, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilib09 / 05 / 2024, 12:26Sabah 25 dərəcə isti olacaq - Proqnoz09 / 05 / 2024, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTO09 / 05 / 2024, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLAR09 / 05 / 2024, 11:54Şahdağa qar yağıb - Faktiki hava09 / 05 / 2024, 11:22
Bütün xəbərlər