Bu marşrutda gediş haqqı artdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu marşrutda gediş haqqı artdı

11:35 - 03 / 12 / 2019
Bu marşrutda gediş haqqı artdı

Bakı Nəqliyyat Agentliyi (BNA) dekabrın 1-dən 125 saylı marşrutda gediş qiymətinin 35 qəpikdən 40 qəpiyə qaldırılmasına aydınlıq gətirib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Tarif Şurasının qiymət tənzimlənməsi ilə bağlı son qərarından sonra 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqı 28 May-Lökbatan dairəsinədək 40 qəpik müəyyən edilmişdi.

Onun sözlərinə görə, həmin vaxt Yeni Salyan yolunda yaşayan sakinlər nəzərə alınaraq gediş haqqı 35 qəpik müəyyən olunub:

"Vətəndaşların müraciəti nəzərə alınaraq hazırda bu xətt üzrə avtobusların hərəkət sxemi Lökbatan qəsəbəsinədək uzadılıb. İndiki halda Lökbatan sakinləri daha az vəsait ödəməklə birbaşa, eyni zamanda rahat avtobuslarla şəhər mərkəzinə gedib-gəlirlər.

Əvvəllər isə bunun üçün iki və daha çox avtobus dəyişirdilər, bu isə əlavə vəsait ödənilməsi demək idi. Əvvəllər Lökbatan sakinləri 30 qəpik verib gəlirdilər, daha sonra 35 və ya 40 qəpik verib başqa avtobusla gedirdilər".

Qeyd edək ki, 125 saylı marşrut Səbail rayonu, Yeni Salyan yolunda yerləşən binalarda yaşayan jurnalistlərin istifadə etdiyi əsas marşrutdur.

S.Xankişiyeva

 

Paylaş:
521

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər