1news.az

Dünyanın ən soyuq nöqtəsində 6 saat dayanmadan qaçdı – VİDEO

21 Yanvar saat 14:55 ~ 1 dəqiqəlik oxu 503
Dünyanın ən soyuq nöqtəsində 6 saat dayanmadan qaçdı – VİDEO

Moldovalı idmançı Dmitri Voloşin Sibir çöllərində 6 saat dayanmadan qaçıb.

1news.az Ölkə.az-a istinadən xəbər verir ki, Dmitri mənfi 67 dərəcə tempraturun olduğu çöldə 50 km məsafə qət edib.

Yakutiyanın rəsmi internet səhifəsində yayılan məlumata əsasən, idmançı bütün çətinliklərə baxmayaraq, hədəfinə çatıb. Dünyanın ən soyuq yerlərindən biri sayılan Yakutiyanın Oymyakon regionunda gecə saatlarında qaçmağa başlayan idmançı hava işıqlananda finiş xəttinə çatıb. 6 saat dayanmadan qaçan idmançıya heç bir həkim və xüsusi xilasedici dəstək verməyib.

Voloşin beləliklə dünya rekorduna imza atıb. Finiş xəttini keçən idmançı deyib:

“İdman karyeramın ən çətin sınağı idi. Bir kosmik səfərə bənzəyir. Qorxunc və dəhşətli soyuq hava nəfəs almağı çətinləşdirir. Heç bir paltar sizi bu şaxtadan qoruya bilməz. Ümid edirəm ki, qaçanda üzüm donmayıb. Nəfəs almaq çox çətin idi. Havada oksigen çox az idi və üzümə taxdığım maska buz tutmuşdu”.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rusiya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net