Emin Hacıyev: “Azərbaycan regionun enerji və nəqliyyat mərkəzindən əlavə, həm də güclü sənaye mərkəzinə çevrilir” | 1news.az | Xəbərlər
Siyasət

Emin Hacıyev: “Azərbaycan regionun enerji və nəqliyyat mərkəzindən əlavə, həm də güclü sənaye mərkəzinə çevrilir”

09:35 - 17 / 09 / 2020
Emin Hacıyev: “Azərbaycan regionun enerji və nəqliyyat mərkəzindən əlavə, həm də güclü sənaye mərkəzinə çevrilir”

“Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik”. Cənab Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışı zamanı səsləndirdiyi bu fikir hazırda qeyri-neft sənayemiz qarşısında duran vacib çağırışdır.

Son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas məqsədi iqtisadiyyatın şaxələndirilməsinə, neftdən kənar sahələrin, xüsusən qeyri-neft sənayesinin inkişafına nail olmaqdır. Məqsəd daxili tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev bildirib.

Deputatın vurğuladığı kimi, Cənab Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyasının əsas tərkib hissəsi olan sənayeləşmə siyasəti müsbət nəticələr verir:

“Artıq ölkəmizdə rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı çoxsaylı layihələr icra edilib, xeyli iş yerləri açılıb, sənayemiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün qeyri-neft sənayesinin inkişafında sənaye parkları mühüm rol oynayır. Belə irimiqyaslı lahiyələrdən olan Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə cənab Prezidentin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb.

Cənubi Qafqazın ən böyük sənaye parkı olan, 508 hektar ərazidə yaradılan müəssisədə hazırda 24 rezident var. Burada müxtəlif çeşiddə kimya sənayesi, maşınqayırma, еlеktrоеnеrgеtikа, metallurgiya,  yüngül sənaye, qablaşdırma məhsulları, həmçinin tikinti materialları istehsal olunur. Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 9,3 faiz olub, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracının 20 faizini təşkil edib”.

E.Hacıyevin sözlərinə görə, burada investisiya yatırımı üçün olduqca cəlbedici şərait təmin olunub. Belə ki, Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən azad olunur:

“Həmçinin rezidentlər istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı zamanı Əlavə Dəyər Vergisindən və 7 il müddətinə gömrük rüsumlarından azaddır. Sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılması isə sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltməsinə imkan verir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 2,9 milyard dollar həcmində investisiya yatırılıb və növbəti mərhələdə daha 245 milyon dollardan çox investisiyanın yatırılması planlaşdırılır. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 5500-dən çox insan daimi işlə təmin olunub və gələcəkdə işçi sayının daha da artırılması nəzərdə tutulur.

Azərbaycan Prezidentinin iqtisadi siyasəti, sənayeləşmə, sənaye mərkəzlərinin yaradılması ölkəmizin yerli sənaye məhsullarına daxili tələbatının təmin edilməsi ilə yanaşı ixrac potensialını yüksəldir. Bütün bu potensial onu deməyə əsas verir ki, artıq Azərbaycan regionun enerji və nəqliyyat mərkəzindən əlavə, həm də güclü sənaye mərkəzinə çevrilir.

Ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın inkişafı ilə bağlı atılan addımlar şübhəsiz ki, xarici investorların Azərbaycana marağının artmasına səbəb olur. Həmçinin müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə etmiş həmyerlilərimizi öz vətənlərinə investisiya yatırmağa təşviq edir. Bütün bunlarla yanaşı, hazırda dünyada yaşanan pandemiya şəraiti bu istiqamətdə bizdən çevik fəaliyyət tələb edir. Cənab Prezidentin dediyi kimi, “Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”.

S.Xankişiyeva

Paylaş:
784

Son xəbərlər

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57
Bütün xəbərlər