1news.az

Ən bahalı futbol klublarının adı açıqlandı

30 May saat 16:48 ~ 1 dəqiqəlik oxu 172
Ən bahalı futbol klublarının adı açıqlandı

Madridin "Real" klubu Avropanın ən bahalı futbol klubudur. Klubun ümumi dəyəri 3,22 milyard avro təşkil edir.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, KPMG təşkilatının apardığı araşdırmanın nəticələri bunu əks etdirir.

2016-2017 və 2017-2018 mövsümlərinin göstəricilərini əhatə edən hesabatda gəlirlər, yayım hüquqları, populyarlıq, perspektivlər, stadionun dəyəri kimi meyarlar nəzərə alınıb.

Çempionlar Liqası finalçıları "Liverpul" və "Tottenhem" klubları cədvəldə müvafiq olaraq yeddinci və doqquzuncu yerdə qərarlaşıb. Bakıda bu gün keçiriləcək Avropa Liqası finalının iştirakçıları "Çelsi" və "Arsenal" klubları isə müvafiq olaraq altıncı və səkkizinci yerlərdə qərarlaşıb.

Ən bahalı Avropa klublarının onluğunu təqdim edirik:

1. Real Madrid -  3.22 milyard avro

2. Mançester Yunayted - 3.20 milyard avro

3. "Bavariya" -  2.69 milyard avro

4. "Barselona" -  2.67 milyard avro

5. "Mançester Siti" -  2.46 milyard avro

6. "Çelsi" -  2.22 milyard avro

7. "Liverpul" -  2.09 milyard avro

8. "Arsenal" -  2.00 milyard avro

9. "Tottenhem" -  1.69 milyard avro

10. "Yuventus" -  1.54 milyard avro

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net