Gəncədə COVİD-19 infeksiyasına qarşı kompleks tədbirlər həyata keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə COVİD-19 infeksiyasına qarşı kompleks tədbirlər həyata keçirilir - FOTO

16:30 - 30 / 05 / 2020
Gəncədə COVİD-19 infeksiyasına qarşı kompleks tədbirlər həyata keçirilir - FOTO

Xüsusi karantin rejiminin yumşaldılması və yeni iş həftəsinin başlaması ilə əlaqdar olaraq Gəncədə kompleks hazırlıq tədbirləri həyata keçirilir.

Şəhərin bir çox ərazilərində abadlıq, təmizlik və dezinfeksiya işləri görülür. Əhali ərasında aparılan maarifləndirmə tədbirləri davam etdirilir. Əsas məqsəd yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınmasıdır.

Şəhərin küçə və prospektləri, park və xiyabanları, habelə çoxmənzilli binaların giriş qəfəsləri, liftləri və sair ərazilər mütəmadi dezinfeksiya olunurlar. İşlər əhalinin sıxlıq təşkil etdiyi yerlərdə: ictimai iyaşə obyektlərində, dini məbədlərdə, bank və digər xidmət sahələrinin təşkil edildiyi ərazilərdə aparılır. Dayanacaq və ictimai nəqliyyat vasitələri, habelə şəhərin müxtlif ərazilərində olan idman qurğuları dezinfeksiya olunurlar. 

İşlərə Dezinfeksiya Stansiyasının əməkdaşları ilə yanaşı, MKTİB-in xüsusi təlim keçmiş işçiləri və texnikaları cəlb olunublar. Küçə və prospektlərin dezinfeksiya olunması işlərinə Gəncə Şəhər Baş Polis idarəsi və Dövlət Yol Polis İdarəsi də dəstək verir. 

31 may 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisindəki iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyətinin bərpa olunacağı nəzərə alınaraq, şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Gəncə Univermağında dezinfeksiya işləri görülüb. İşlər ticarət mərkəzinin girişində, daxilindəki mağazalar, mərtəbələr arasındakı pilləkən və eskalatorlarda həyata keçirilib. Qeyd edilən ərazilər xüsusi dezinfeksiyaedici məhlulla yuyulub. Bu çərçivədə Gəncə Regional ASAN Xidmət mərkəzində də dezinfeksiya işləri aparılıb. 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Koronavirusa Qarşı Mübarizə Qərargahının nəzdində yaradılan 32 mobil qrupun fəaliyyəti də davam etdirilir. Belə ki, əhali arasında maarifləndirmə tədbirləri və xüsusi karantin rejimi qaydalarını pozanlara qarşı reydlər həyata keçirilir. Mobil qrupların üzvləri iri market, mağaza və apteklərə baş çəkir, kafe, restoran və çayçılarda olurlar. Sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanır, sakinlərlə profilaktik söhbət aparırlar. Maarifləndirici söhbətlər zamanı xüsusi karantin rejimi qaydalarına əməl edilməsinin vacibliyi vurğulanır, bank və ATM-lərin qarşısında dayanan vətəndaşlara növbə zamanı 2 metrlik sosial məsafəsinin gözlənilməsinin önəmi bir daha xatırladılır. Tibbi maskadan istifadənin zəruriliyi vurğulanır. 

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları şəhərin ticarət obyektləri və fərdi yaşayış evlərinin həyətyanı ərazilərinin təmizliyi ilə bağlı reydlər keçirirlər. Təşkil olunan reydlər zamanı obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparılır, xüsusi təlimatlar verilir. Təlimatlara əməl etməyən şəxslər barəsində müvafiq qaydada tədbir görüləcəyi onların diqqətinə çatdırılır. 

Qeyd edək ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.

Reklam hüququnda 

Paylaş:
801

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər