Sabah hava necə olacaq? - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah hava necə olacaq? - PROQNOZ

12:59 - Bu gün
Sabah hava necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər