Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanıldı

13:01 - 23 / 11 / 2020
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Aybəniz Abdullayevanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, Tovuz rayonuna getməsi aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə A. Abdullayeva yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Bundan başqa Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşları da koronavirus infeksiyasına yoluxan şəhər sakini Ramil Məmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edərək mağazaya getməsini və beləliklə digər şəhər sakinlərinin sağlamlığını ciddi təhlükəyə atmasını müəyyən ediblər. Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək yaşadığı evə göndərib. Onun barəsində Nizami RPİ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.

ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində daha bir şəhər sakini Mehman Nəcəfovun yaşadığı ünvanı tərk etməsi, dostları ilə yaxın təmasda olması və beləliklə "Covid-19" virusunun yayılmasına şərait yaratması aşkar edilib. Polis əməkdaşları tibbi prosedurlar gözləməklə onu yaşadığı evə göndərib. M. Nəcəfov barəsində toplanan materiallar araşdırılması üçün Kəpəz RPİ-nin Təhqiqat Bölməsinə göndərilib.

1news.az

Paylaş:
431

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər