1news.az

Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB

26 Noyabr saat 14:49 ~ 1 dəqiqəlik oxu 2160
Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB

COVİD-19-a yoluxan insan onu asimptomatik də keçirə bilər, ona görə biz hər bir insana potensial virus daşıyıcısı kimi baxmalı və özümüzü ondan qorumalıyıq.

1news.az xəbər verir ki, bunu Trend-ə TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, xəstəliyi asimptomatik keçirən insanların koronavirusa yoluxub-yoluxmadığını araşdırmağın yeganə üsulu antitel testi verməkdir. Həmin insan seroloji test vasitəsilə daha əvvəl virusa yoluxub-yoluxmadığını müəyyən edə bilər:

"Qanda antitellərin yaranması üçün müəyyən bir dövr lazımdır. Xəstəliyə yoluxma ehtimalının olduğu müddətdən ən azı, 3 həftə sonra bu analizin verilməsində fayda var. Bəzən insanlar koronavirus olub-olmadığını bilmək üçün qan testi, yaxud yaxma verirlər, amma erkən-klinik əlamətlərin yeni başlandığı dövrdə antitelin yaranmasını bilməyin mənası yoxdur".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net