Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub

16:35 - 12 / 11 / 2019
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub

“Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası”nın (IATA) Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyinin direktoru Cankarlo Buononun başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, səfərin məqsədi “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) və IATA-nın ICAO-nun tələblərinə cavab verən birgə layihəsi –  Azərbaycanın hava məkanında üçsəviyyəli uçuş təhlükəsizliyi idarəetmə sisteminin tətbiqinin başa çatdırılmasıdır. Müvafiq razılaşma cari ilin yayında “Azərbaycan Hava Yolları” və “Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası” arasında imzalanmışdır.

Son bir neçə ay ərzində IATA AZANS Hava Hərəkəti İdarəsinin uçuşların təhlükəsizliyi və risklərin idarə edilməsi sistemində, o cümlədən kadr hazırlığında yüksək standartların tətbiqi üzrə geniş işlər görmüşdür.

Səfər çərçivəsində qonaqlar AZAL Prezidenti Cahangir Əsgərov ilə görüşmüşdürlər.

“AZAL IATA-nın tamhüquqlu üzvü olub, bu beynəlxalq təşkilatla aviasiyanın bütün sahələrində və ilk növbədə sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi sahəsində sıx əməkdaşlıq edir. Müasir texnologiyaların tətbiqi bu vacib məsələdə uğurun təməlidir", –  Cahangir Əsgərov bildirmişdir.

“Uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin tətbiqi ilə bağlı apardığımız birgə işlər Azərbaycan səmasını bütün aviaşirkətlər üçün təhlükəsiz edir. Biz AZANS-a sıx əməkdaşlıq üçün təşəkkür edirik", –  Cankarlo Buono bildirmişdir.

IATA nümayəndə heyətinin rəhbəri, həmçinin “Azərbaycan Hava Yolları”nın Hava Hərəkəti İdarəsinin sistemləri ilə pilotsuz uçuş aparatlarının idarə edilməsi sistemlərini birləşdirmək təşəbbüsünü dəstəkləmiş (ATM / UTM İnteqrasiyası) və bu məsələnin, xüsusilə, hava limanlarının ərazisində uçuşların təhlükəsizliyinin təmin edilməsində vacibliyini vurğulamışdır.

Cahangir Əsgərov bir çox ölkələrin bu vəziyyətdən narahat olduqlarını qeyd etmişdir. Xüsusilə, Böyük Britaniyada hava məkanında dronların qanunsuz istifadəsinin qarşısını almaq məqsədilə “Hava məkanının təşkili və pilotsuz uçuş aparatları” ilə bağlı yeni qanun qəbul edilmişdir. Yaponiyanın Nəqliyyat Nazirliyi, həmçinin bu kimi halların qarşısını almaq üçün təcili tədbirlərin görülməsi barəsində göstəriş vermişdir və hava limanları ərazisindəki dronların aşkarlanması üçün sensor sisteminin alınmasını nəzərdən keçirir.

“Dronların hava limanlarının yaxınlığında uçması bütün dünyada çox aktual problemdir. Bununla əlaqədar, tərəfimizdən Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azəraeronaviqasiya”nın nəzdində Mülki pilotsuz uçuş aparatlarına nəzarət mərkəzinin yaradılması qərarı qəbul edilmişdir”, –  AZAL Prezidenti bildirmişdir.

Görüş zamanı tərəflər 2020-ci ildə Bakının uçuşların təhlükəsizliyi və uçuş əməliyyatlarına həsr olunmuş ən mühüm beynəlxalq konfranslardan biri – “Safety and Flight Ops Conference”a ev sahibliyi edəcəyini qeyd etmişdirlər. ICAO-nun Baş Katibi Fan Liu və IATA-nın Baş direktoru Aleksandr de Junyakın Azərbaycanın paytaxtına səfəri gözlənilir.

"Dünya mülki aviasiyasının qlobal problemlərinin müzakirə ediləcəyi belə bir mühüm tədbirin Bakıda keçirilməsi Azərbaycanın bu sahədə böyük uğurlarını nümayiş etdirir",–  Cahangir Əsgərov bildirmişdir.

S.Xankişiyeva

 

Paylaş:
586

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər