Hikmət Babaoğlu: “Bu, milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Babaoğlu: “Bu, milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər”

14:30 - 08 / 08 / 2020
Hikmət Babaoğlu: “Bu, milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər”

“Azərbaycan İnvestisiya Holdinqinin yaradılması starteji qərardır və milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, ölkəmizdə davamlı struktur və institusional islahatlar həyata keçirilir və bu islahatlar bütün sektorlarda üfiqi və şaquli vektor üzrə aparılır.

“Yəni islahatlar yeni tipli idarəetmədən, optimallaşdırmanı həyata keçirmək üşün yeni mobil qurumların yaradılmasından başlamış cəmiyyətin bütün sosial-istisadi sahələri üzrə hər gün bir qədər daha əhatəli və daha köklü forma alır. “Covid 19” pandemiyasının yaratdığı qlobal şərtlər isə sosial izoliyasiya şəraiti içərisində iqtisadiyyatın canlandırılması və postpandemiya iqtisadiyyatının formalaşdırmasını zəruri edir. Ona görə də milli iqtisadiyyatımızı qorumaq və inkişaf etdrimək üçün yeni və effektiv metodların tapılması və tətbiq edilməsi, yeni iqtisadi alətlərin işə salınması olduqca aktualdır. Başqa bir tərəfdən hazırda bütün dünyada sərmayə qıtlığının yaran biləcəyi bir vaxtda milli resursların, xüsusilə dövlət şirkətlərinin iqtisadi potensialının investisya şəklində milli iqtisadiyyatımızın inkişafı üçün səfərbər edilməsi mühüm addım kimi qiymətləndirilməlidir. Ona görə də sərəncamda qeyd edildiyi kimi, müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür".

Deputaın sözlərinə görə, Dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.

"Əslində isə bu həmdə yeni mərhlədə iqtisadiyyatın Liberallaşdırılması şərtlərini daha da optimallaşdırmalıdır ki, nəticə etibarilə azad iqtisadi rəqabətə söykənən yeni münasibətlər sistemi formalaşsın. Ona görə də sərəncamda azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsi məsələsinə xüsusi vurğu edilir. Məsələnin digər mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatında dövlət müəssisələrinin xüsusi çəkisi böyükdür. DM-lərin məşğulluqda payı təqribən 25%-dir. 15 ən iri DM-in aktivlərinin həcmi ölkənin ÜDM ilə müqayisə edilə bilən səviyyədədir. Bu nəhəng iqtisadi və maliyyə potensialıdır ki , onun iqtisadi münasibətlər sistemində realizə olunması hətta sıçrayışlı iqtisadi dinamika yarada bilər ki , bu da iqtisadi inkişafımızda tamailə yeni mərhələ yarada bilər”.

Qafar Ağayev

Paylaş:
968

Son xəbərlər

FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29
Bütün xəbərlər