Hikmət Hacıyev: Bu günə qədər 15 min nəfərdən artıq vətəndaşımız Azərbaycana gətirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev: Bu günə qədər 15 min nəfərdən artıq vətəndaşımız Azərbaycana gətirilib

17:31 - 08 / 04 / 2020
Hikmət Hacıyev: Bu günə qədər 15 min nəfərdən artıq vətəndaşımız Azərbaycana gətirilib

Xaricdə olan azərbaycanlıların gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu günə qədər 15 min nəfərdən artıq Azərbaycan vətəndaşının dövlət hesabına, xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilib.

1news.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın keçirdiyi brifinqdə deyib:

“Xaricdən gətirilən Azərbaycan vətəndaşları xüsusi karantində yerləşdirilir. Xaricdə olan vətəndaşlarımıza da anlayışları üçün təşəkkür edirik. Sərhədlər bağlansa da, müstəsna hallar olur. Son iki gündə Rusiyadan Azərbaycana cənazələrin gətirilməsi halları olub. O insanların yaxınları müraciət edib, humanizm prinsipi əsasında bu məsələ nəzərə alındı”.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri orada olan azərbaycanlılarla təmasdadırlar:

 “Zəruri ehtiyacı olan vətəndaşlara diplomatik nümayəndəliklərimiz, tələbələrə münasibətdə isə Təhsil Nazirliyi tərəfindən dəstək verilir”.

Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alındı - RƏSMİ

AZAL bu günədək 9 000-dən çox Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib – FOTO

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Azərbaycanın Macarıstandakı səfiri: Vətəndaşlarımızın ölkəyə qayıtmaları üçün hər cür səy göstərilir

Azərbaycan İtaliyadan vətəndaşlarını təxliyyə edib – FOTO – VİDEO

S.Xankişiyeva

 

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər