İlk portativ MRT aparatının sınağı keçirilib | 1news.az | Xəbərlər
Dünya

İlk portativ MRT aparatının sınağı keçirilib

17:12 - 18 / 09 / 2020
İlk portativ MRT aparatının sınağı keçirilib

ABŞ-ın "Hyperfine" texnoloji şirkəti maqnit rezonans tomoqrafiya (MRT) sisteminin ilk sınaqlarını keçirib. Eksperiment sübut edib ki, portativ qurğunun nəticələri onun tamölçülü analoqlarından geri qalmır. Yeni qurğu səmərəli olmaqla yanaşı, 10 dəfə yüngül və 35 dəfə az enerji sərf edir. Bundan başqa, texnologiyanın qiyməti adi MRT aparatından 20 dəfə ucuzdur.

1news.az ictnews.az-a istinadən bildirir ki, bu nəticələr ənənəvi maqnitlərin ölçüsünü xeyli kiçiltməyə imkan verən yeni texnologiyalar sayəsində mümkün olub. Belə ki, adi aparatlarda 1,5-3 Tesla gücündə maqnitlərdən istifadə olunduğu halda portativ "POC Hyperfine" tomoqrafı 0,064 Tesla gücündə maqnitlə işləyə bilir. Bu o deməkdir ki, onun enerji ilə təmin edilməsi üçün adi rozetka uyğunluq təşkil edir. Portativ MRT aparatının effektivliyinin təsdiqi üçün beynində şiş aşkarlanan 30 xəstə sınaqdan keçib. Testlər zamanı aparat onların 29-da anomaliya aşkarlayıb.

Hazırda klinik sınaqları aparılan yeni tomoqrafın effektivliyi təsdiqlənəcəyi təqdirdə həkimlər güclü diaqnostik alətlə təchiz ediləcək. Bu, müəyyən xəstəliklərə erkən diaqnozun qoyulması üçün kompakt MRT aparatını uzaq yerlərə daşımaq məqsədilə onu təcili yardım maşınlarına quraşdırmaq üçün perspektiv açacaq.

1news.az

Paylaş:
1163

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər