Kapital Bank Beynəlxalq Təhsil Sərgisinin rəsmi tərəfdaşıdır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank Beynəlxalq Təhsil Sərgisinin rəsmi tərəfdaşıdır

14:00 - 11 / 10 / 2019
Kapital Bank Beynəlxalq Təhsil Sərgisinin rəsmi tərəfdaşıdır

Kapital Bank 10–12 oktyabr 2019-cu il tarixlərində Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin (“EduExpo”)  rəsmi tərəfdaşıdır. Bu ilki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır.

Tədbir zamanı Kapital Bank, Təhsil Nazirliyinin “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində keçirilən “Təhsil Avtobusu – 2019 Nəsimi ili” layihəsinə göstərdiyi dəstəyə görə mükafatlandırılıb. Mükafat, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva tərəfindən, Kapital Bank-ın Marketinq departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinova təqdim edildi.

Sərgi dünyanın 22 ölkəsindən 150 iştirakçını bir araya gətirib. Beynəlxalq Təhsil Sərgisində hər il olduğu kimi aparıcı ali təhsil müəssisələri, o cümlədən, orta ixtisas təhsil müəssisələri və ixtisasartırma mərkəzləri iştirak edirdi. Təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır. Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxil edilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
511

Son xəbərlər

Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04
Bütün xəbərlər