1news.az

Klub futbolçu ilə müqaviləni “WhatsApp” skrinşotu ilə açıqladı - FOTO

13 İyun saat 17:00 ~ 1 dəqiqəlik oxu 122
Klub futbolçu ilə müqaviləni “WhatsApp” skrinşotu ilə açıqladı - FOTO

İtaliyanın "Kalyari" klubu futbolçusu Luka Çiqarini ilə müqavilənin müddətini uzadıb. 

1news.az Goal.az-a istinadən xəbər verir ki, klubun prezidenti Tomazo Culini Twitter-də bu barədə maraqlı paylaşım edib. O, 33 yaşlı yarımmüdafiəçi ilə WhatsApp yazışmasının skrinşotunu paylaşıb. Oyunçu onunla söhbətində yeni sözləşməyə razılıq verdiyini bildirib. 

- Biz ki danışmışıq...

- Bəli.

- Super, Çiqa. İndi biz yaxşı əllərdə, daha doğrusu, yaxşı ayaqlardayıq. 

- Çox sağ ol, prezident. Başlanğıc qoyuldu.

- Sabah səni müqavilə bağlamaq üçün gözləyirəm. 

Qeyd edək ki, Luka Çiqarini 2017-ci ildən "Kalyari"də çıxış edir. Komanda A Seriyasında 2018/2019 mövsümünü 41 xalla 15-ci pillədə başa vurub.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net