“MFL Carlsberg Biznes Liqası”-nın təsnifat mərhələsinin püşkatması keçirilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“MFL Carlsberg Biznes Liqası”-nın təsnifat mərhələsinin püşkatması keçirilib - FOTO - VİDEO

18:12 - 13 / 12 / 2019
“MFL Carlsberg Biznes Liqası”-nın təsnifat mərhələsinin püşkatması keçirilib - FOTO - VİDEO

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL planetin ən məşhur idman növünün azarkeşlərini öz ətrafında birləşdirməkdə davam edir.

Bu dəfə tamamilə yeni bir çempionat –  “MFL Carlsberg Biznes Liqası” (2019/20) start götürür.

Dekabrın 13-də turnirin təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. MFL-in Facebook səhifəsi ilə canlı yayımlanan mərasimdə MFL-in koordinatoru Kamran Həsənov, eləcə də turnirin tərəfdaşı olan “Carlsberg Azerbaijan” şirkətinin nümayəndəsi Aydın Bababəyov iştirak ediblər.

MFL-in koordinatoru Kamran Həsənov MFL-in bir çox mötəbər turnirlərin təşkilatçısı olduğunu diqqətə çatdıraraq “MFL Carlsberg Biznes Liqası” (2019/20) haqqında məlumat verib:

“Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL planetin ən məşhur idman növünün azarkeşlərini öz ətrafında birləşdirməkdə davam edir. MFL-in əsas məqsədi ölkəmizdə futbolun daha da populyarlaşdırılması, insanlar arasında sağlam həyatı təbliğ etmək, eləcə də bir-birindən maraqlı layihələrlə futbolsevərləri sevindirməkdir.

Bildiyiniz kimi, bu günə qədər MFL bir çox mötəbər turnirlərin təşkilatçısı olub. Bu turnirlərdə onlarla komanda, yüzlərlə futbolçu çıxış edib.

MFL bu dəfə ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında mini futbol turniri keçirməyə qərar verib. İnanıram ki, bu turnir də digər turnirlər kimi uğurlu olacaq. Turnirdə iştirak edəcək hər bir komandanı təbrik edir, onlara uğurlar arzu edirəm”.

Daha sonra püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsində “MFL Carlsberg Biznes Liqası” (2019/20)-nin təsnifat mərhələsində çıxış edəcək cütlüklərin adına aydınlıq gəlib.

Qeyd edək ki, “MFL Carlsberg Biznes Liqası” (2019/20)-nin təsnifat mərhələsində ümumilikdə 46 komanda çıxış edəcək. Cütlüklərin mübarizəsində qalib gələn 23 komanda “Carlsberg Azerbaijan” şirkətinin komandası ilə birgə qrup mərhələsində çıxış etmək hüququ qazanacaq. Həmin komandalar hər birində 12 komanda olmaqla iki qrupa bölünəcəklər. Öz qruplarında ilk 4 yeri tutan komandalar pley-off oyunlarına vəsiqə qazanacaqlar. Burada isə komandalar 1/4 final və yarımfinalda qüvvələrini sınayacaqlar. Sona qalan iki komanda turnirin qalibi adı uğrunda həlledici final oyununa çıxacaq.

Turnirin qalibi adını qazanan komanda Türkiyə kubokunun final oyununu pulsuz izləmək imkanı əldə edəcək. Komandanın səfər, nəqliyyat və otel xərcləri “Carlsberg Azerbaijan” şirkəti tərəfindən qarşılanacaq.

Paylaş:
1195

Son xəbərlər

Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02
Bütün xəbərlər