“MFL Carlsberg Biznes Liqası”nın IX turu: Liderlər məğlub oldu – FOTO | 1news.az | Xəbərlər
Futbol

“MFL Carlsberg Biznes Liqası”nın IX turu: Liderlər məğlub oldu – FOTO

15:50 - 10 / 03 / 2020
“MFL Carlsberg Biznes Liqası”nın IX turu: Liderlər məğlub oldu – FOTO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçirilən “MFL Carlsberg Biznes Liqası”nın 9-cu turunun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm A, həm də B qruplarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlərin əksəriyyəti gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, A qrupunda lider dəyişib. Belə ki, turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Binə Aqro” 4:5 hesabı ilə “Universal” komandasına məğlub olub. Liderin məğlubiyyətindən maksimum yararlanan “Soliton LTD” “Aztelekom” üzərində 6:2 hesabı ilə qələbə qazanaraq zirvəni ələ keçirib.

“Gilan Tekstil Park” “White Smile Dental Clinic” komandasını 12:2 hesabı ilə darmadağın edərək ikinciləri meydana çıxmağa peşman edib.

“Expressbank” – “Avromed” görüşü isə kifayət qədər gərgin alınıb. Sonda rəqibinə 2:1 hesabı ilə qalib gələn “Avromed” meydandan üç xalla ayrılıb.

Son tur B qrupunda da liderin məğlubiyyəti ilə əlamətdar olub. Belə ki, SOCAR “Veysəloğlu” ilə görüşdə minimal hesabla uduzaraq turnirdə ilk məğlubiyyətini alıb. Lakin “Binə Aqro”dan fərqli olaraq “neftçilər” zirvədəki yerlərini qoruyublar.

Çempionluq uğrunda mübarizə aparan “Azersun” komandası “Go Sport” üzərində 3:1, “PalatYol” “Holcim FK” üzərində 7:5, “İSR Holding” “Norm Sement” üzərində 2:1 hesablı qələbəyə sevinib.

“Zeytun Pharmaceuticals” isə “AVT Logistics” komandasının qapısından 8 top keçirib. İkincilərin gücü yalnız təsəlli qoluna çatıb.

Turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

A qrupunun turnir cədvəlini təqdim edirik.

B qrupunun turnir cədvəlini təqdim edirik.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçirilən “MFL Carlsberg Biznes Liqası”nın eksklüziv tərəfdaşı “Carlsberg” şirkətinin ölkəmizdəki təmsilçisi “Carlsberg Azerbaijan” şirkətidir. Turnirin təşkilati dəstəyi isə AFFA tərəfindən təmin edilir.

Öz qruplarında ilk 4 yeri tutan komandalar play-off oyunlarına vəsiqə qazanacaqlar. Burada isə komandalar 1/4 final və yarımfinalda qüvvələrini sınayacaqlar. Sona qalan iki komanda turnirin qalibi adı uğrunda həlledici final oyununa çıxacaq.

Turnirin qalibi adını qazanan komanda Türkiyə kubokunun final oyununu pulsuz izləmək imkanı əldə edəcək. Komandanın səfər, nəqliyyat və otel xərcləri “Carlsberg Azerbaijan” şirkəti tərəfindən qarşılanacaq.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
1135

Son xəbərlər

Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58
Bütün xəbərlər