1news.az

“Qarabağ” “Vilyarreal”a qarşı

29 Oktyabr saat 17:41 ~ 1 dəqiqəlik oxu 1800
“Qarabağ” “Vilyarreal”a qarşı

Bu gün Avropa Liqasında qrup mərhəlisinin 2-ci turunun oyunları keçiriləcək.

1news.az qol.az-a istinadən xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxacaq. Qurban Qurbanovun komandası qrupun favoriti hesab olunan "Vilyarreal"ı qəbul edəcək.

Bu, Ağdam təmsilçisinin qrupda ilk ev görüşü olacaq. Lakin İspaniya klubu ilə qarşılaşma Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən Azərbaycanda deyil, Türkiyədə olacaq.

Paralel keçiriləcək qrupun digər oyununda isə "Sivassppor" (Türkiyə) "Makkabi"ni (İsrail) qəbul edəcək.

29 oktyabr

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur

I qrupu

21:55. "Qarabağ" (Azərbaycan) - "Vilyarreal" (İspaniya)
Baş hakim: Pavel Orel (Çexiya)
İstanbul. "Başakşəhər Fatih Terim" stadionu

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net