Qarşılayın: Xalq Bankın yeni mobil tətbiqi istifadənizdə! | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarşılayın: Xalq Bankın yeni mobil tətbiqi istifadənizdə!

12:47 - 21 / 01 / 2021
Qarşılayın: Xalq Bankın yeni mobil tətbiqi istifadənizdə!

Xalq Bank müştərilərinə daha yaxın oldu! Bir müddət öncə istifadəyə verilmiş XalqOnline yeni internet bank sisteminin mobil tətbiqi istifadəyə verildi.

Bununla da Xalq Bank ölkədə fərdi və korporativ müştərilərə vahid platforma çərçivəsində xidmət göstərən ilk internet və mobil bank sistemini tamamlamış oldu. Mobil tətbiq Sizə istədiyiniz zaman Banka getmədən həm fərdi, həm korporativ hesablarınıza mobil telefonunuzdan idarə etmək – hesablarınıza onlayn nəzarət etmək və müxtəlif bank əməliyyatlarınızı icra etmək imkanı yaradır.

Geniş ayarlar və filtrlər vasitəsi ilə idarəedilən, olduqca çevik istifadəçi profili, “Dark mode” funksiyası ilə nəfis və müasir dizaynda hazırlanmış XalqOnline tətbiqi istifadədə olduqca rahat və praktikdir. Bu gündən Bankın müştəriləri tətbiq vasitəsilə kommunal/rabitə ödənişlərini həyata keçirmək, ödəniş şablonları yaratmaqla kart və ölkədaxili, eləcə də xarici hesablara köçürmələr etmək, valyuta alqı-satqısı həyata keçirmək, hesablar, kredit və əmanətlər haqqında ətraflı məlumat və çıxarışlar əldə etmək, həmçinin əməliyyatların qrafik dinamikasını izləmək imkanına malikdirlər. İstifadəçilər ödənişlərini XalqOnline mobil tətbiqində yaradılan şablonlar vasitəsilə və avtomatik rejimdə dövri olaraq həyata keçirmək imkanı ilə yanaşı, daha güzəştli tariflər əldə edirlər. Tətbiqdə həmçinin Xalq Bankın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, valyuta məzənnələrini izləmək, valyuta kalkulyatorundan istifadə etmək də mümkündür.

Mobil tətbiq XalqOnline sisteminin ana internet platformasının bütün xüsusiyyətlərini – geniş funksional, yüksək sürət, çevik əməliyyatlar, əlverişli şərtlər, istifadədə rahat, sadə anlaşılan interfeys və digər üstünlükləri dəstəkləyir.

XalqOnline tətbiqini Android əməliyyat sistemi ilə işləyən cihazlara dərhal yükləyə bilərsiniz: https://bit.ly/39MSsuw.Tətbiqin İOS əməliyyat sistemli cihazlar üçün versiyası bir qədər sonra təqdim olunacaq. Ətraflı məlumat üçün Bankın Məlumat Mərkəzinə 138 nömrəsi ilə və yaxud www.xalqonline.az/ www.xalqbank.az saytlarına müraciət edin.

 

Reklam hüququnda

Paylaş:
560

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər