QLED 8К – incə tərtibatda yüksək keyfiyyətli görüntü – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

QLED 8К – incə tərtibatda yüksək keyfiyyətli görüntü – FOTO

11:00 - 14 / 12 / 2019
QLED 8К – incə tərtibatda yüksək keyfiyyətli görüntü – FOTO

Müasir televizorlar ən yüksək keyfiyyətli təsviri ötürməyə qadirdir, bu isə daha parlaq və daha dəqiq görüntü deməkdir. Lakin, Samsung-un QLED texnologiyası ilə təchiz olunmuş yeni 8K seriyası sayəsində ekrandan izlədiyiniz görüntü canlanaraq daha təbii təsvirdən zövq almanıza imkan yaradır.

Beləliklə, sözü gedən yeni televizorlar  8K keyfiyyətli təsviri yayımlamağa qadirdir. Belə ki, qeyd edilən bu cihazların ekranında 4K keyfiyyətli görüntü ötürən televizorlarla müqayisədə 4 dəfə daha çox piksel ifadə edilir. Belə olduğu halda əgər 4K üçün bu 3840 × 2160 pikselli icazə deməkdirsə, 8K seriyasında bu göstərici 7680 × 4320 piksel təşkil edir. Daha çox piksel daha çox nano nöqtələrin ekranda ötürülən təsvirin incə çalarlarının ifadə etməsi sayəsində dəqiq görüntünün yayımlaması deməkdir.  QLED 8K daha canlı görüntü yayımlamaqla yanaşı, müxtəlif mənbələrdən ötürülən və istənilən keyfiyyətdə təqdim edilən görüntünü 8K keyfiyyətinə yaxın təsvirə çevirə bilir. Süni zəka üzərindən işləyən xüsusi Quantum prosessor, real vaxt çərçivəsində, hər səhnədə ayrı ayrılıqda ötürülən təsvirin keyfiyyətini artırmağa kömək edir. Ötürülən siqnalı “oxuyaraq” prosessor onu üç addıma yaxşılaşdırır. İlkin mərhələdə “ağıllı maşın” ümumi fonu əsas təsvirdən ayıraraq, təqdim edilən siqnalı diaqonala uyğun şəkildə “uzadır” və görüntünün üç fəzalı təəssürat bağışlaması üçün çatışmayan pikselləri avtomatik əlavə edir.

Həmçinin QLED 8К HDR 10+ texnologiyasını dəstəkləyir ki, onun sayəsində süni zəka optimal rəng ötürmə göstəricilərini tənzimləyərək, təzadlıq və dəqiqliyi hər kadra uyğun şəkildə seçir. Diaqonalı 98 " təşkil edən modellərdə isə maksimal parlaqlıq rekord göstərici olan 4000 nits-ə qədər çatır! Beləliklə, ötürülən səhnənin parlaqlığından asılı olmayaraq izləyici hər bir xırda detaldan zövq ala bilir.

Bundan əlavə, QLED 8K Ultra Viewing Angle texnologiyası sayəsində daha da geniş görüntü bucağı təqdim edir. Ekranın ikiqat  örtüyü işığı düzgün istiqamətə yönəltməklə yanaşı bərabər şəkildə displey üzərində paylaşdıraraq onun itkisini minimuma endirir.

Müasir və qabaqcıl texnologiyaların təcəssümü olmasına baxmayaraq yeni QLED 8K televizorları sadə qara haşiyəyə alınmış böyük ekran və yanlarda quraşdırılmış incə dayaqlarla  ifadə olunan  minimalistik üslubda ərsəyə gətirilmişdir. Əlavə olaraq mühəndislər burada One Connect görünməz qoşulmasını da tətbiq etmişdirlər. İndi televizor qoşulmalarının hər biri cihazla xüsusi paylayıcıya qoşulan tək naqil vasitəsi ilə əlaqə yaradır. Beləliklə, televizora nə qədər əlavə cihaz qoşmağınızdan asılı olmayaraq, dolaşıq kabel problemi yaşamadan, onları  asanlıqla  bir rəfə və ya dolaba gizlədə bilərsiniz.

Sonda qeyd etmək olar ki, No Wall Gap Mount  xüsusi bərkitməsinin köməyi ilə, divara quraşdırılarkən televizor səthə tam montaj edilir. Adından da bilindiyi kimi, belə bir bərkitmə sayəsində vizual olaraq divar və televizor arasında heç bir ara məsafənin olmadığı və cihazın sanki, divarın bir hissəsi olduğu təəssüratı yaranın. Sözü gedən bərkitmə ilə yanaşı, Samsung mühəndisləri televizoru istənilən məkanın dekorunda tamamilə "gizlətməyə" imkan verən xüsusi interyer rejimi də təklif edirlər. Ambient Mode rejimi sayəsində QLED 8K funksional video avadanlıq olması ilə yanaşı, həm də interyerinizin zövqlü bəzəyinə çevrilir. Bu rejimdə televizor divar naxışlarına uyğunlaşaraq ekranda saat və hava proqnozu kimi məlumatları əks etdirə və ya foto qalereya kimi fəaliyyət göstərə bilir. 

Samsung QLED 8K haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.az, Soliton  və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

 

Paylaş:
582

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər