Samir Şərifov BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransında çıxış edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samir Şərifov BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransında çıxış edib

Qafar Ağayev17:25 - Bu gün
Samir Şərifov BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransında çıxış edib

BMT-nin İspaniyanın Sevilya şəhərində keçirilən,İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransının ikinci günü – iyulun 01-də, İnkişafın Maliyyələşdirilməsinə dair “Sevilya öhdəliyi” sənədi qəbul edilmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbər, Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov iyulun 1-də Konfransın plenar iclasında çıxış etmişdir. S. Şərifov davamlı inkişafın maliyyələşdirilməsinə həsr olunmuş tədbirin vacibliyini vurğulayaraq, Azərbaycan Hökumətinin 3-cü Konfransdan ötən dövr ərzində “2030-Davamlı İnkişaf Gündəliyi”nin irəliləməsi üzrə Azərbaycanın həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycan dünyada Davamlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə 4-cü Könüllü Milli Hesabatını təqdim edən ilk 5 ölkə sırasında, regionda isə birincidir. Ölkəmiz Milli Maliyyələşdirmə Çərçivəsi və DİM İnvestor Xəritəsi kimi təşəbbüslərin tətbiqi nəticəsində icmal büdcə xərclərinin 80 faizindən çoxunun DİM-ə uyğunlaşdırımasına nail olmuşdur.

S.Şərifov vurğulayıb ki, konfrans beynəlxalq ictimaiyyət üçün həlledici və inkişaf məqsədləri üçün maliyyə resuslarında qıtlığın yaşandığı bir zamanda keçirilir. Geosiyasi gərginliklər və hərbi münagişələr inkişaf üçün maliyyələşmənin resurs bazasının daraltdır, münaqişənin nəticələrini ardan qaldırmağa yönəlmiş bərpa və yenidənqurma işləri isə dövlət büdcələri üçün əlavə təzyiq yaradır.

Baş nazirin müavini qeyd edib ki, Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan, 2020-ci ilin noyabrında isğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb, təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyuk Qayıdış Dövlət Proqramını həyata keçirir.

Bu günədək Proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsaiti sərf olunub.

S. Şərifov daha sonra bildirib ki, Azərbaycan Hökümət Komissiyasının qimətləndirməsinə əsasən hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurmuşdur.

Zərərin 15%-dən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlı olduğundan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı ilə mina təhlukəsizliyi Azərbaycan tərəfindən 18-ci milli DİM kimi qəbul edilmiş və bu yanaşma digər ölkələrə də tövsiyyə olunmuşdur.

Baş nazirin müavini konfrans iştirakçıların diqqətinə çatdırıb ki, azad olunmuş ərazilərin bərpası ilə əlaqədar Azərbaycan Hökumətinin üzərinə kifayət qədər yüksək maliyyə yükünün düşməsinə baxmayaraq, ölkəmiz beynəlxalq inkişafa yardım sahəsində aktiv rol oynamaqda davam edir.

Beləki, Azərbaycan son 5 ildə inkişaf etməkdə olan ölkələrə 350 milyon ABŞ dollarından artıq yardım göstərib.

S.Şərifov iqlim maliyyəsinin davamlı inkişafın mühüm elementinə çevrildiyini vurğulayıb.

Qeyd edib ki, Azərbaycan dayanıqlı inkişafın bu elementi üzrə də qlobal töhfəsini verməkdədir. Beləki, Azərbaycanın sədrliyi ilə Bakı şəhərində keçirilmiş qlobal iqlim konfransında (COP29) “2030 Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nə nail olmaq üçün Bakı Maliyyə Hədəfi kimi tanınan yeni maliyyə hədəfinin qəbul edilməsi, bununla inkişaf etməkdə olan ölkələrin iqlim dəyişiklikyi ilə bağlı mitiqasiya və adaptasiya ehtiyaclarının qarşılanması üçün inkişafda olan ölkələr tərəfindən ayırılması nəzərdə tutlan maliyyə yardımının 3 dəfəyədək artırılması qlobal əhəmiyyətə malikdir.

Sonda S. Şərifov Azərbaycan Respublikasının inkişaf naminə çöxtərəfli əməkdaşlıqda bundan sonra da fəal iştirak edəcəyini və DİM-ə nail olmaq üçün öz töhfəsini verəcəyini bildirmişdir.

Konfrans çərçivəsində qarşı tərəfin müraciəti əsasında nümayəndə heyəti BMT-nin Kapital İnkişaf Fondunun (UNCDF) İcraçı Katibi Pradeep Kurukulasuriya ilə görüş keçirmişdir. Görüşdə ölkəmizin donor dövlətinə çevrilməsi, sosial iqtisadi problemlərin həlli, münaqişə sonrası bərpa işləri sahəsindəki təcrübəmiz nəzərə alınaraq mümkün əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Sevilya konfransı 164 dövlətin və 49 beynəlxalq təşkilatın nümayəndələrini bir araya gətirərək Monterrey (2002), Doha (2008) və Əddis-Əbəbədən (2015) sonra BMT-nin inkişafın maliyyələşdirilməsi üzrə dördüncü böyük tədbiridir. Konfransın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsi üzrə konkret öhdəlikləri hazırlamaq və yenilənmiş maliyyələşdirmə çərçivəsini formalaşdırmaqdan ibarətdir.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər