“Ramazan - Vəhdət və Mərhəmət Bayramı” adlı onlayn konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ramazan - Vəhdət və Mərhəmət Bayramı” adlı onlayn konfrans keçirilib

17:32 - 23 / 05 / 2020
“Ramazan - Vəhdət və Mərhəmət Bayramı” adlı onlayn konfrans keçirilib

23 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu, Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşəbbüsü ilə insanları saflıq, şəfqət, birlik və bərabərliyə dəvət edən Ramazan ayında "Ramazan - Vəhdət və Mərhəmət Bayramı" adlı onlayn konfrans keçirilib.

Gənclər Fondundan 1news.az-a bildirilib ki, Fondun onlayn platforması üzərindən canlı yayımlanan konfransda, ictimai fəal gənclər, könüllülük təşkilat və hərəkatlarının nümayəndələri iştirak ediblər.

500-dən çox gəncin qatıldığı onlayn konfransda, mövzu ilə əlaqəli ekspert və mütəxəssislərin fikirləri dinlənilib və müzakirələr aparılıb. Bu ilki Ramazan ayının dünyada yeni növ koronavirus pandemiyasının tüğyan etdiyi dövrə təsadüf etdiyi qeyd edilərək, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidentinin çağırışına və xalqımızın çoxəsrlik ənənələrinə uyğun olaraq, vətəndaşlarımızın birlik, həmrəylik, mərhəmət, qayğıkeşlik və çətin anda səfərbər olma sınağından uğurla keçdiyi vurğulanıb.

Konfransda, həmçinin, izləyicilərlə virtual ünsiyyət imkanları yaradılaraq, gənclərin sualları cavablandırılıb.

S.Xankişiyeva

 

Paylaş:
716

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər