1news.az

Samsung QLED 8K – incə dizaynda ideal görüntü - FOTO

29 May saat 11:09 ~ 4 dəqiqəlik oxu 3120
Samsung QLED 8K – incə dizaynda ideal görüntü - FOTO

Hər il keçirilən Samsung CIS forumu çərçivəsində dünyaca məşhur brend TV, məişət texnikası və mobil cihazlar kateqoriyalarında 2020-ci ilin əsas yeniliklərini təqdim edib.

Tədbirdə təqdim olunan televizorlar vizual görüntünün gələcəyini təcəssüm edərək, ekranda baş verənlərin ab-havasına dalmağa imkan yaradan qabaqcıl innovasiyaları və unikal dizaynı özündə birləşdirir. Belə ki, yeni QLED 8K modellərinin faydalı sahəsi demək olar ki, 99% təşkil edir.  Burada incə çərçivələr sayəsində "sərhədsiz ekran" təəssüratı yaradılır, belə ki, displeyi əhatə edən ətraf mühit demək olar ki, itərək, televizoru interyerin bir hissəsinə çevirir. Lakin, buna baxmayaraq yenilənmiş modellərin korpus qalınlığı cəmi 15 mm təşkil edir. Televizorun minimalist dizaynı, burada əlavə cihazların qoşulmasının yeganə kabellə təmin edilməsi ilə tamamlanır. İstifadəçinin kabel qoşulmalarını minimuma endirməsi üçün QLED 8K One Connect adlanan xarici bloka bağlanır, universal One Remote idarəetmə pultu isə TV-yə qoşulmuş bütün cihazları rahat idarəetməyə imkan verir.

2020 QLED 8K televizorları "mükəmməl" dizayn ideyasını ifadə etməklə yanaşı, həm də 8K keyfiyyətli məzmunun istifadə edilməsində və tətbiq olunmasında Samsung-un liderliyini təmin etmişdir. Beləliklə, yeni televizorlar 33 milyon piksel icazəsinə, inanılmaz görüntü aydınlığına və UHD 4K keyfiyyətindən 4 dəfə yüksək icazəyə sahibdirlər. Həmçinin, yüksək keyfiyyətli görüntünün ötürülməsi ilə yanaşı, Quantum 8K prosessoru ilə təchiz edilmiş televizorlar, istənilən məzmunu 8K keyfiyyətli miqyasa qədər yüksəltməyə qadirdirlər.

Belə ki, süni zəka sayəsində, "ağıllı" prosessor fərdi piksellərin xüsusiyyətlərini müəyyən edib, təhlil etmək üçün maşın öyrənmə alqoritmlərindən istifadə edərək məzmunun icazəsini artırır. Daha sonra aydın teksturalar yaradaraq, görüntü obyektlərinin kontur kəskinliyini artırır və şəkil yayılmalarını aradan qaldırır. Əlavə olaraq AI ScaleNet sisteminin köməyi ilə yeni televizorlar daha aşağı ötürmə gücünə malik şəbəkələrdə, yəni 8K kimi yüksək keyfiyyətli görüntünün ötürlməsini dəstəkləməyən şəbəkələr çərçivəsində, girişdə məzmunu daha aşağı keyfiyyətə köçürüb, siqnalı qəbul edən cihaz daxilində isə yenidən 8K keyfiyyətinə keçirən zaman məlumat itkisinin qarşısını alır. Belə ki, AI-downscaler-dən istifadə edərək, ötürülən 8K məzmunu 4K keyfiyyətinə qədər optimallaşdırılaraq, istifadəçinin televizoruna ötürülür və burada sözü gedən kontent təkrar olaraq orijinal 8K keyfiyyətinə qaytarır.

QLED 8K-da ötürülən görüntünün mükəmməlliyi yalnız kvant prosessorunun köməyi ilə deyil, eyni zamanda yayım məzmununun daha real ifadə etməyə  imkan yaradan xüsusi texnologiyalar sayəsində də əldə edilir. Buna misal olaraq, Quantum HDR, yüksək görüntü detalizasiyanın və parlaqlığının əldə edilməsinə kömək edir. Texnologiya hər kadrda rəng tonlarını optimallaşdıraraq rəng dəyişiminin incə nüanslarını ifadə etməyə imkan yaradır. Burada istifadə olunan adaptiv görüntü rejimi isə,  ekran parlaqlığını avtomatik tənzimləyərək, ətraf mühitin işıqlandırılma səviyyəsindən asılı olmayaraq sizin yüksək keyfiyyətli görüntüdən zövq almanızı təmin edir. Həmçinin, indi televizor ekranının birbaşa qarşısında oturmaq məcburiyyətində deyilsiniz, belə ki, Ultra Viewing Angle texnologiyasının köməyi ilə istənilən baxış bucağından komfortlu seyrdən və yüksək keyfiyyətli görüntüdən zövq ala bilərsiniz.

Sözü gedən QLED 8K-da əla görüntü yüksək keyfiyyətli səs ilə birləşir. Belə ki, Samsung televizorları ekranın dörd tərəfində yerləşən dinamiklər və arxa tərəfdə quraşdırılmış sabbuferlər ilə təchiz olunmuşdur. Burada, Object Tracking Sound + texnologiyasının sayəsində süni zəka üzərindən işləyən proqram təminatından istifadə etməklə, ekranda təsvir olunan obyektlərin hərəkəti ilə səs dinamikası uyğunlaşdıraraq tənzimlənir.  Active Voice Amplifier tipik xarici səsləri nəzərə alaraq (məkan daxilində olan səs-küy) ekranda ötürülən dialoqları tənzimləyə bilir. Bundan əlavə, “həcmli” səsləndirməyə üstünlük verən üçün, burada, 2020 Q-seriyalı saundbarlara qoşularaq, quraşdırılmış dinamikləri əlavə audio kanal qismində istifadə etmək imkanı yaradılmışdır. Beləliklə, Q-Symphony texnologiyası hər iki audio cihazdan ötürülən səsi birləşdirərək, dinamik çox ahəngli səs lövhəsi yaradır.

Əlavə olaraq, QLED 8K televizorları, sevdiyiniz bütün məzmunu bir yerə toplayan Smart Hub platforması ilə təchiz edilmişdir. Həmçinin, "ağıllı" cihaz Real Game Enhancer funksiyası və Mobile View rejimi kimi xüsusi smart yeniliklərdən istifadə etməyə imkan yaradır. Belə ki, burada, birincisi, oyun rejimi zamanı xüsusi tənzimləmələr olmadan mükəmməl görüntü keyfiyyətini əldə etmək, ikincisi isə ekranı iki hissəyə bölməklə eyni anda televizor və smartfondan istifadə edə bilməniz üçün nəzərdə tutulub.

Samsung QLED 8k haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.az, Soliton  və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net