Tbilisidə etiraz aksiyası | 1news.az | Xəbərlər
Dünya

Tbilisidə etiraz aksiyası

12:50 - 21 / 06 / 2019
Tbilisidə etiraz aksiyası

Gürcüstanda mitinqçilər parlament binasına daxil olmağa çalışıb. Polis nümayişçilərin qarşısını kəsib.Tərəflər arasında toqquşma baş verib.

1news.az-ın gürcü mətbuata istinadla verdiyi xəbərə görə, parlament binasının həyətinə hərbi texnika və xüsusi təyinatlılar cəlb olunub.

Daxili işlər naziri Georgi Qaxariya etirazçıları dərhal meydanı tərk etməyə və qanuna əməl etməyə çağırıb:

“Mən meydanda olan hər bir vətəndaşı polisə tabe olmağa çağırıram. Burada baş verənlər dövlət qurumuna hücum deməkdir”.

Qaxariyanın dediyinə görə, insident müəyyən siyasi qüvvələr tərəfindən təşkil edilib və ölkəni fəlakətə sürükləmək məqsədi daşıyır. O, lazım gələrsə, istefa verəcəyini də bəyan edib.

Qeyd edək ki, Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər. Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da, müxalifət bununla razılaşmayıb.

Parlamentin qarşısına toplaşan nümayişçilər spiker İrakli Kobaxidzenin istefasını tələb edirlər. Mitinqdə, həmçinin, növbədənkənar seçkilərin keçirilməsi tələb edilir.

S.Xankişiyeva

 

Paylaş:
566

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər