Bəxtiyar Haciyev deputat Xanhüseyn Kazımlını ittiham edir: İndi isə öz yerinizə qızınızı qoymaq istəyirsiniz?

Məşhur bloqer Bəxtiyar Hacıyev 5-cı çağırış Milli Məclis deputatı Xanhüseyn Kazımlının növbədənkənar parlament seçkilərində öz qızı Əsli Kazımovanın namizədliyini irəli sürməsi perspektivindən narazıdır.
“Millət vəkili Xanhüseyn Kazımlı deyir ki, qızını deputat etmək əvəzində seçkilərdə öz namizədliyini irəli sürməyəcək. Sanki ölkədə başqa gənc yoxdur. Bəlkə yetər?”, - deyə B.Hacıyev öz facebook səhifəsində yazıb.
Yeri gəlmişkən, bloqer paylaşdığı statusun altında “Sosial rifah” partiyasının sədri, deputat X.Kazımlı tərəfindən sədrlik partiyanın sədrinin köməkçisi, qızı Əski Kazımovanın namizədliyini irəli sürməyə icazə ilə bağlı ölkənin rəhbərliyinə ünvanlanan bir məktub kimi qələmə verilən sənədin fotosunu yerləşdirib.
Qeyd etmək lazımdır ki, bu şəkil rezonansla birlikdə tərəddüd də doğurub, çünki orada X.Kazımlının imzası, həmçinin tarix və möhür yer almır.
«Yenisabah.az»-a müsahibəsində deputatın köməkçisi Zaur İsgəndərov qeyd edib ki, X.Kazımlı bu məsələ ilə bağlı dövlət başçısına müraciət etməyib.
“Belə bir müraciət yoxdur. Olsa idi mənim də xəbərim olardı. Yayılan müraciət saxtadır. Ola bilsin ki, o başqa adam tərəfindən yazılıb”, - deyə Z.İsgəndərov əlavə edib.
Həmçinin Z.İsgəndərov Əsli Kazımovanın seçkilərdə iştirak edəcəyi barədə xəbərsiz olduğunu bildirib.
“Mən onunla işləmirəm, əlaqəm yoxdur. Buna görə də məlumatsızam. Xanhüseyn Kazımlının özü seçkilərdə iştirak etməyəcək. Belə bir niyyəti yoxdur”, -deyə o, vurğulayıb.
Fotoda: Əsli Kazımova
Qeyd edək ki, Xanhüseyn Kazımlı birinci, ikincı,üçüncü və dördüncü çağırış Milli Məclisin deputatıdır. O, ötən illərdə 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmişdi.
Jurnalistlərə açıqlamasında X.Kazımlı gələn ay baş tutacaq növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini bildirib.
Onun sözlərinə görə sədrlik etdiyi partiya öz siyasətini dövlət başçısının kursu əsasında müəyyən edir.
“Biz gənclərin irəli çəkilməsi siyasətini dəstəkləyirik. Bütün bu vəziyyət seçkiqabağı mübarizənin sürətləndiyini göstərir”, - deyə o qeyd edib.
Bu arada “Qafqazinfo” xəbər verir ki, X.Kazımlının qızı Əsli Kazımova namizədliyi 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb. Onun sənədləri DSK-ya yanvarın 8-i təqdim olunub.
Qeyd edək ki, Ə. Kazımova 11 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 2004-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. Hazırda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimidir.
1news.az