Masallıda maşın aşıb, ölənlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda maşın aşıb, ölənlər var

15:46 - 09 / 05 / 2025
Masallıda maşın aşıb, ölənlər var

"Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib".

1news.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, ilkin məlumata əsasən, "Toyota Prado" markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.

Paylaş:
105

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər