Bakıda “Xiaomi”nin Qafqazdakı ən böyük konseptual mağazası açılıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda “Xiaomi”nin Qafqazdakı ən böyük konseptual mağazası açılıb - FOTO - VİDEO

12:50 - 07 / 08 / 2019
Bakıda “Xiaomi”nin Qafqazdakı ən böyük konseptual mağazası açılıb - FOTO - VİDEO

Mobil telefonlar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Onsuz keçinmək artıq qeyri-mümkündür. Müasir telefon bazarının zəngin olduğu dövrümüzdə münasib keyfiyyət və qiymətə məhsul tapıb seçmək yəqin ki, mobil telefon həvəskarlarının hamısının qarşılaşdığı çətinliklərdəndir.

Avqustun 2-də Bakıda 28 may metrosu Dəmiryolu Vağzalının 2-ci mərtəbəsində Qafqazda ən böyük Mi Concept Store-unun açılışı olub. Mağazada Xiaomi-nin bütün məhsulları təqdim olunur. Burada mobil telefonlar, noutbooklar, müxtəlif elektron avadanlıqlar, geyimlərin satışı həyata keçirilir. Açilişa özəl endirimli qiymətlər təklif olunur. Bundan əlavə, “1 kart” vasitəsilə 6 ay faizsiz məhsulları əldə etmək mümkündür.

Şirkətin Azərbaycanın təsisi Xalid Süleymanov açılış mərasimində bildirib ki, nəhayət ki, uzun sürən hazırlıqdan sonra Çinin nəhəng kommunikasiya şirkətinin məhsullarının artıq Azərbaycanda satışı reallaşır:

“Əziz qonaqlar, “Xiaomi Concept Store” və “Suleymanli” Group-un müştərək layihəsi olan – “Xiaomi Azerbaijan”ın növbəti - 200. “Concept Store”unun möhtəşəm açılışında hər birinizi salamlayıram. Vaxtınızı çox almayacağam. Qafqazda ən böyük Mi Concept Store-unun məhz Azərbaycanda açmağımızın məqsədi - ən son texnoloji yenilikləri münasib qiymətlə vətəndaşlarımız üçün əlçatan etməkdir”.

Xalid Süleymanov bildirib ki, mərasimdə qeyd edilən burada 200 sloqanın olmasının da səbəbi var:

“Biz hədəfləmişik ki, “Xiaomi” məhsullarını ölkə ərazisində satmaq üçün 200 satış nöqtəsi açaq. Yeni açılan mağazada “Xiaomi”nin 60-70 faiz məhsulları müştərilərə təqdim ediləcək. Bundan əlavə qısa müddət ərzində böyük aktivlik göstərib regionlarımızı da əhatə etmək planlarımız var. Ümid edirik ki, bu yeniliklər ölkəmizin durmadan davam edən inkişafına bir töhfə olacaq.

“Xiaomi Azerbaijan” azərbaycanlı sahibkarlara müraciət edir və onları dünyada məşhur olan Xiaomi Korporasiyasının məhsullarının Bakıda və bölgələrdə satılması ilə bağlı əməkdaşlığa dəvət edir. Əməkdaşlıq şirkətin məhsullarını Bakıda və ölkənin bölgələrində satışı ilə bağlıdır. Əməkdaşlığı və onun rəsmiləşdirilməsini ətraflı müzakirə etmək üçün “Xiaomi Concept Store Azerbaijan” şirkəti ilə əlaqə saxlamaq lazımdır. (əlaqə nömrəsi 012/070 4440220). Əməkdaşlıq haqqında bütün məlumatlar və onlayn əməkdaşlıq forması www.xiaomiazerbaijan.com rəsmi saytında təqdim olunur. Hər kəsə bir daha gəldiyiniz üçün təşəkkür edirəm”.

Açılış mərasimində mağazada müştərilərə özəl endirimli qiymətlər təklif edilir. Müxtəlif brendləri özündə birləşdirən məhsullar öz rahatlığına, forma və dizaynına, eləcə də funksiyalarına görə seçilir. Müştərilərin tələb və zövqünə uyğun dizayn edilmiş müxtəlif mobil telefonlar həm nəğd, həm də münasib kredit şərtlərinə uyğun mobil telefon həvəskarlarına təqdim edilir.

Çin şirkəti olan "Xiaomi" qısa vaxtda bazarda təqdim etdiyi yüksək səviyyəli portativ texnika; smartfonlar, planşetlər, noutbuklar, kameralarla müştərilərin rəğbətini qazanıb.

Yeni mağazada da təqdim edilən bu məhsullar çeşidlərinə görə seçilir.

Qeyd edək ki, mağazadan əlavə Azərbaycanda mobil cihazların təmiri üzrə ixtisaslaşmış və peşəkar ustaları özündə birləşdirən mükəmmək servis – “W service” səlahiyyətli təmir mərkəzinin də açılışı olub.

Burada istənilən mobil cihazların yüksək keyfyyət və zəmanətli təmiri həyata keçirilir. 

Qafqazdakı ən böyük “Xiaomi” konsepsiya mağazasının ünvanı: Fikrət Əmirov küçəsi 24, Bakı Dəmiryol Stansiyası (ikinci mərtəbə); əlaqə nömrələri +99412 444-0-557 və +99450 444-0-557 (Whatsapp).

E-mail: [email protected]

"Xiaomi " şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumat rəsmi internet saytında, həmçinin  FacebookInstagram  sosial şəbəkələrindəki səhifələrdə mövcuddur.

Reklam hüququnda

 

Paylaş:
4439

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər