XİN: Azərbaycanla Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycanla Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib

23:02 - 17 / 10 / 2020
XİN: Azərbaycanla Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı Azərbaycan XİN-in Mətbuat Xidməti idarəsi yayıb.

Bu qərar ATƏT-in Minsk Qrupu həm-sədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həm-sədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

S.Xankişiyeva

 

Paylaş:
813

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər