YAP beynəlxalq təşkilatlara və tərəfdaş siyasi partiyalara müraciət ünvanladı | 1news.az | Xəbərlər
Siyasət

YAP beynəlxalq təşkilatlara və tərəfdaş siyasi partiyalara müraciət ünvanladı

17:54 - 14 / 09 / 2020
YAP beynəlxalq təşkilatlara və tərəfdaş siyasi partiyalara müraciət ünvanladı

Yeni Azərbaycan Partiyası (YAP) ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması ilə bağlı beynəlxalq ictimaiyyətə, beynəlxalq siyasi partiya təşkilatlarına və tərəfdaş siyasi partiyalara müraciət ünvanlayıb.

1news.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətini genişləndirməkdə və regionda vəziyyəti daha da gərginləşdirən addımlar atmaqda davam edir.

Beynəlxalq ictimaiyyətin diqqətini erməni vəhşılıklərinə, təxribatlarına, eləcə də ayrı-ayrı ölkələrdən olan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırılmasına cəlb etmək məqsədi daşıyan müraciətdə daha sonra qeyd olunur:

"İyul ayında Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri olan neft və qaz kəmərlərinin keçdiyi bölgəyə yaxın ərazidə, Ermənistan-Azərbaycan dövlət sərhəddində bir mülki azərbaycanlının və çoxlu sayda hərbçinin ölümü ilə nəticələnən silahlı qarşıdurma yaradan Ermənistan, bundan qısa müddət sonra sərhəddin başqa bir hissəsində hərbi təxribata cəhd etdi.

Hərbi təxribatları intensivləşdirən və eyni zamanda destruktiv, məsuliyyətsiz ritorika ilə sülh danışıqlarını pozan Ermənistan rəhbərliyi indi də ələ keçirilmiş Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma siyasətinin yeni və daha aqressiv mərhələsinin başlanğıcını qoyur.

Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən, Ermənistan bu faciədən işğal etdiyi ərazilərin demoqrafik vəziyyətini dəyişmək üçün sui-istifadə edir. Erməni mənbələrinin yaydığı məlumatlara görə, artıq bir neçə livanlı erməni ailəsi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilib və mümkün qədər çox Livan ermənisinin bu prosesə cəlb olunması planlaşdırılır.

Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı ATƏT-in faktaraşdırma missiyalarının müvafiq hesabatlarında da əksini tapıb.

Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması, Ermənistanın "repatriasiya" və "humanitar yardım" adı altında ilhaq siyasətinin bir hissəsidir. Məskunlaşdırma siyasətinin aparılması və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.

Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşdırma siyasətinin aparılması müharibə cinayəti hesab olunur və bu baxımdan, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşdırma ilə növbəti müharibə cinayətini törətməkdədir.

İstehza doğuran faktdır ki, bu əməli ilə Ermənistan təkcə beynəlxalq hüququ deyil, elə öz qanunlarını da pozur. Ermənistanın Cinayət Məcəlləsinin 390-cı maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdən əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququn ciddi pozuntusu sayılır və 8-12 illik həbs cəzası nəzərdə tutulur. Qeyd edək ki, Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edərək onları özünün avantürist siyasətinin qurbanlarına çevrir.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı və idarə etdiyi qondarma rejim isə son günlər Azərbaycanın digər ərazilərini də işğal etmək niyyətini bildirərək, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini raket atəşinə tutmaqla hədələyib.

Danışıqlardan faktiki olaraq imtina edən, Azərbaycan ərazilərinin ilhaqına yönələn açıq təxribatçı çağırışlar və hərəkətlər edən Ermənistanın siyasi və hərbi rəhbərliyi vəziyyətin son dərəcə gərginləşməsinə və baş verə biləcək istənilən təxribata və silahlı insidentə görə məsuliyyət daşıyır".

Yeni Azərbaycan Partiyasının beynəlxalq təşkilatlara müraciətində daha sonra bildirilir: "Azərbaycan hər zaman olduğu kimi, münaqişənin beynəlxalq hüquqa, ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinə, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsaslanan həllinə nail olmaq məqsədinə sadiqdir.

Yeni Azərbaycan Partiyası beynəlxalq ictimaiyyəti, beynəlxalq siyasi partiya təşkilatlarını və tərəfdaş siyasi partiyaları bölgədə sülhün, sabitliyin və ədalətin təmin olunması naminə Ermənistanın təxribatçı əməllərini pisləməyə və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz köçürməyə son qoyulmasını tələb etməyə çağırır".

1news.az

Paylaş:
674

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər