İrəvanda silahlı dəstənin üzvləri hökumətə təslim olub – VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanda silahlı dəstənin üzvləri hökumətə təslim olub – VİDEO

11:30 - 01 / 08 / 2016
İrəvanda silahlı dəstənin üzvləri hökumətə təslim olub – VİDEO

Ermənistan polisi silahlı dəstənin üzvlərinin hökumətə təslim olmasını əks etdirən videoları yayımlayıb. 

Proseslər istefada olan general Vitaliy Balasayanın nəzarəti ilə həyata keçib. O, danışıqları aparan əsas şəxs idi.

Balasayan Təhlükəsizlik Xidməti əməkdaşlarını “Sasna çrer” qrupunun üzvlərini sakit  şəkildə müşayiət etməyi tapşırmışdı. Beləliklə, PPX alayını ələ keçirən 31 nəfərdən 20-si erməni hökumətinə təslim olub. Qrupun digər üzvləri daha əvvəl təslim olaraq xəstəxanaya yerləşdirilib, onlardan 2-si gündüz təslim olub.

Beləliklə, Ermənistan Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, İrəvanda PPX alayının azad olunması əməliyyatı başa çatıb.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb.

Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir. Hökumətlə danışıqlardan sonra iyulun 23-də qruplaşma üzvləri əllərində olan son girovları azadlığa buraxıb.

İki həftə ərzində “Sasna çrer” qrupu yeddi polis əməkdaşını, eləcə də təcili yardım xidmətinin 4 tibb işçisini girov götürmüşdü. İki tibb içsini iyulun 31-də azad olunmuşdu.

Mövzu ilə əlaqədar oxuyun:

İrəvanda silahlı qrupun rəhbəri həbs edilib

İrəvanda silahlı müqavimətin yeni mərkəzlərini yaratmaqla hədələyirlər - FOTO

İrəvanda keçirilən mitinqdə Ermənistan prezidentinin istefası tələb edilir

İrəvanda kütləvi iğtişaşlar: 16 nəfər həbs olunub, 50 nəfər yaralanıb

1news.az

 

Paylaş:
1585

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər