“Fitch” Azərbaycanın kredit reytinqini təsdiqləyib, ölkə iqtisadiyyatı üzrə proqnozunu yaxşılaşdırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Fitch” Azərbaycanın kredit reytinqini təsdiqləyib, ölkə iqtisadiyyatı üzrə proqnozunu yaxşılaşdırıb

12:17 - 23 / 11 / 2020
“Fitch” Azərbaycanın kredit reytinqini təsdiqləyib, ölkə iqtisadiyyatı üzrə proqnozunu yaxşılaşdırıb

"Fitch Ratings" beynəlxalq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqinin (IDR) "BB+" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozunu "mənfi"də saxlayıb.

1news.az xəbər verir ki, Azərbaycanın IDR-ın "BB+" səviyyəsində təsdiq edilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin hesabına mövcud olan çox güclü yerli və xarici balanslarını və məzənnə rejimi ilə əlaqəli olaraq siyasətin proqnozlaşdırıla bilən və şəffaf olmamasını əks etdirir.

Reytinq üzrə "mənfi" proqnoz isə Azərbaycanın COVID-19 pandemiyasının yaratdığı şokları, qısamüddətli perspektivdə qlobal neft qiymətlərinin qeyri-müəyyənliyini, pandemiyanın ikinci dalğasının xarici buferlərə təsirini və nizamsız makroiqtisadi düzəlişlərlə bağlı riskləri əks etdirir. "Fitch" özünün baza ssenarisini (2021-ci (45 dollar) və 2022-ci (50 dollar) illərdə tədricən artan neft qiymətləri) nəzərə alaraq bildirir ki, manatın devalvasiya riski aşağı qalır.

Agentlik qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın iqtisadiyyatına mənfi təsiri məhdudlaşdırılsa da, COVID-19 pandemiyası, neftin aşağı qiyməti, sosial məhdudlaşdırma ölçüləri və "OPEC+" çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliklər səbəbindən bu il Azərbaycan iqtisadiyyatı 4,3% (ötən proqnoz 4,2%) azalacaq, lakin 2021-ci və 2022-ci illərdə müvafiq olaraq 2,7% ( ötən proqnoz 2,5%) və 2% (ötən proqnoz 2,8%) artacaq.

Bundan əlavə, "Fitch"in mütəxəssisləri reytinqi yüksəldə və ya endirə biləcək faktorları sadalayıb. Reytinqi aşağı sala biləcək amillərin içində xarici balansların kəskin azalması, manatın devalvasiyaya uğraması, neftin qiymətinin uzun müddət aşağı qalması və bunun öz növbəsində, iqtisadiyyata, bank sektoruna ziyan vurması göstərilir.

Reytinqin potensial artımına gətirib çıxara biləcək faktorlar arasında isə, agentlik neft qiymətlərinin yenidən artmasının ölkənin xarici balanslarına təzyiqin yumşaldacağını, dövlətin icmal büdcəsinin kəsirini azaldacağını, xarici dövlət borcunun ÜDM-ə olan nisbətinin aşağı səviyyədə saxlanılmasını və likvid aktivlərin artmasını göstərir. Eyni zamanda, reytinq məzənnə rejimi ilə əlaqəli olaraq siyasətin proqnozlaşdırıla bilən və daha şəffaf olması və makro-volatilliyin azalması ssenarisində qaldırıla bilər.

1news.az

Paylaş:
829

Son xəbərlər

Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51
Bütün xəbərlər