Hyundai “Bir maşın sevinc” KSM layihəsi həyata keçirib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hyundai “Bir maşın sevinc” KSM layihəsi həyata keçirib - FOTO - VİDEO

15:35 - 16 / 09 / 2019
Hyundai “Bir maşın sevinc” KSM layihəsi həyata keçirib - FOTO - VİDEO

Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi “Auto Azerbaijan” şirkəti  sentyabrın 13-də “Bilik Günü” münasibətilə “Bir maşın sevinc” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirdi.  

Şirkət layihə çərçivəsində  Xaçmaz, Quba, Qusar rayonlarının ucqar kəndlərində yaşayan 40 nəfər aztəminatlı ailənin övladını yeni tədris ilində sevindirib. Hyundai sahibi könüllülərədən  və şirkətin səlahiyyətli şəxslərindən ibarət maşın karvanı Laza, Susay və Çarxı  kəndlərinə səfər edərək  1-4-cü sinif uşaqlarına məktəbli ləvazimatları hədiyyə edib.

Adətən belə yürüşlərdə nisbətən köhnə illərin buraxılışı olan avtomobillər iştirak edirlər. Lakin şirkətin yayımladığı video və şəkillərdən də göründüyü kimi yürüşdə 2019-cu il istehsalı Tam Yeni Santa Fe, Yenilənmiş Tucson, Yenilənmiş Elantra və Accent modelləri iştirak edib.

Şirkət  “Sən də varsan”, “Ailəsini qəzada itirmiş uşaqlara yardım” və “Yaşıl ofis” kimi KSM layihələri ilə diqqəti aktual mövzulara çəkə bilib. Son zamanlar isə “Auto Azerbaijan” şirkəti müxtəlif maarifləndirici tədbirlər və vasitələrlə məktəbliləri əhatə edən layihələr etməkdədir.

Belə ki, 2017-ci ildə həyata keçirilən “Zolağı Pozma” KSM layihəsindən sonra edilən bütün tədbirlər məktəblilərin maarifləndirilməsi yönündə olmuşdur. Bu ilin Yanvar ayında uşaqlar üçün “Yol Hərəkəti Qaydaları”  kitabı və müxtəlif tarixlərdə servis mərkəzinə təşkil olunan ekskursiyalar şirkətin bu sahəni prioritet sahə kimi seçdiyini göstərməkdədir. Şirkət rəsmiləri tərəfindən verilən məlumatda bu tip layihələrin bu ilin sonuna kimi davam edəcəyi bildirilib.

Reklam hüququnda

 

 

Paylaş:
1625

Son xəbərlər

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54
Bütün xəbərlər