Bugünkü hərracda 16 nəqliyyat vasitəsi satılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bugünkü hərracda 16 nəqliyyat vasitəsi satılıb

Qafar Ağayev17:56 - Bu gün
Bugünkü hərracda 16 nəqliyyat vasitəsi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 16 nəqliyyat vasitəsi satılıb.

1news.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 66 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 8500 manat olan “Nissan Sunny” markalı avtomobil 10 min 800 manata, 8200 manat olan “Volkswagen Jetta” markalı avtomobil isə 10 min 700 manata satılıb.

Cari ay ərzində növbəti hərraclar iyulun 15-i, 22-si və 29-da keçiriləcək.

Hərraca çıxarılan əmlakların siyahısı ilə linki vasitəsilə tanış olmaq mümkündür.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər