SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb

16:48 - 03 / 06 / 2020
SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb

2020-2021-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsinin I mərhələsinə start verilib. Növbəti tədris ilində SABAH qruplarında təhsil almaq arzusunda olan tələbələr elektron ərizə vasitəsilə qeydiyyatdan keçməklə müsabiqədə iştirak etməlidirlər.

1news.az xəbər verir ki, mövcud qaydalara əsasən, SABAH qruplarına Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan,  birinci tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilər.

Növbəti tədris ilində 10 ali təhsil müəssisəsində 32 ixtisas üzrə SABAH qruplarının  yaradılması nəzərdə tutulub. Müsabiqənin növbəti mərhələləri haqqında ətraflı məlumat mütəmadi olaraq www.sabah.edu.az saytında yerləşdiriləcək.

Xatırladaq ki, SABAH qrupları 2014-2015-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb və hazırda 11 ali təhsil müəssisəsi, 36 ixtisas, 500-dən artıq professor-müəllim heyəti, 2400-dən artıq tələbə və 2500-dən artıq məzunu əhatə edir. SABAH qruplarının məqsədi ali təhsildə davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün mühitin yaradılması, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək göstərilməsi, əmək bazarının tələblərinə uyğun olaraq savadlı, bacarıqlı və nazırlıqlı mütəxəssislərin yetişdirilməsidir.

Qafar Ağayev

Paylaş:
623

Son xəbərlər

Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29
Bütün xəbərlər