ru

Cəmiyyət

11 Noyabr saat 13:39

Səhiyyə Nazirliyi Xose Bernardonun bıçaqlanması barədə məlumat yaydı

Səhiyyə Nazirliyi Xose Bernardonun bıçaqlanması barədə məlumat yaydı

Səhiyyə Nazirliyi Bakının Pirallahı rayonundakı bıçaqlanma ilə bağlı məlumat yayıb.

1news.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, Pirallahı rayonunda vaş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59-da gəlib.

Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub.

Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur