“SAVALAN – ASPI Winery” məhsulları Londonda keçirilən “IWSC 2025” müsabiqəsində növbəti dəfə mükafata layiq görülüb – FOTO

SAVALAN – ASPI Winery şirkəti bir daha öz peşəkarlıq səviyyəsini təsdiqləyərək, IWSC 2025 (International Wine and Spirit Competition) müsabiqəsində nüfuzlu mükafatlara layiq görülüb.
Bu il münsiflərin diqqətinə 90-dan çox ölkədən 12 mindən artıq şərab və spirtli içki nümunəsi təqdim olunub.
Ən böyük nailiyyət isə SAVALAN Grappolo-nun qələbəsi olub. O, Marc/Pomace Brandy (qrappa və onun analoqları) kateqoriyasında ən yüksək mükafat olan Trophy ilə təltif edilib.
Trophy — qızıldan daha yüksək səviyyədir. Münsiflər heyəti qızıl medal qazananlar arasından yalnız bir və ya bir neçə nümunəni seçərək onları öz kateqoriyasında ən yaxşı elan edir. Əvvəlcə içki 95 balla qızıl medal qazanıb, daha sonra isə ən yüksək mükafata layiq görülüb. Beləliklə, SAVALAN Grappolo öz kateqoriyasında ən yaxşıların ən yaxşısı seçilib.
Ekspertlər onun qarpız və ingilis qızılgülü notları ilə təravətli ətrini, qaysı və mineral çalarları ilə mürəkkəb dadını, eləcə də çoxqatlı afterteystini xüsusi vurğulayıblar.
Bundan əlavə, SAVALAN distillatları da yeni beynəlxalq uğurlar əldə edib:
*SAVALAN Armud Arağı — bürünc medal, 87 bal. Ətrində — ot və torpaq çalarları, dadında — armud, yüngül bal tonları və ağaclı notlar;
*SAVALAN Tut Arağı — bürünc medal, 89 bal. Münsiflər onun gavalı ətrini, yumşaq şirin dadını və tumlu çalarlarla təmiz afterteystini yüksək qiymətləndiriblər.
IWSC dünyanın ən nüfuzlu şərab və spirtli içkilər müsabiqələrindən biri hesab olunur. Qazanılmış mükafatlar göstərir ki, SAVALAN distillatları ən yüksək beynəlxalq keyfiyyət standartlarına cavab verir.
Şirkətin illərlə sınanmış ənənəvi istehsal üsulları isə dünya ekspertləri tərəfindən yüksək dəyərləndirilib.