ÜST-dən məktəblərlə bağlı gözlənilməz açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

ÜST-dən məktəblərlə bağlı gözlənilməz açıqlama

12:53 - 17 / 09 / 2020
ÜST-dən məktəblərlə bağlı gözlənilməz açıqlama

"Hamımız uşaqların yenidən məktəbə getməsini istəyirik. Məktəbləri bağlamaq qərarı son çarə kimi olmalıdır".

1news.az oxu.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyası zamanı məktəblilərin təhsili barədə danışarkən bildirib.

Onun sözlərinə görə, uşaqlar virusun ciddi təsirlərindən xeyli dərəcədə xilas olsalar da, başqa məsələlərdə zərər görüblər:

"Bir çox ölkədə təməl qidalanma və immunizasiya xidmətləri pozulub, milyonlarla uşaq aylarla məktəbdəki dərsləri buraxıb. Hamımız uşaqların yenidən məktəbə getməsini, təhlükəsiz və əlverişli tədris mühitinə sahib olmasını istəyirik. Məktəblər cəmiyyətin bir hissəsidir. Məktəblər faktiki olaraq cəmiyyətləri birləşdirir. COVID-19-un ötürülməsi riskini azaltmaq üçün ictimai tədbirlər məktəblərdə də riski azaldacaq".

ÜST rəhbəri bəzi ölkələrdə məktəblərin yenidən açıldığını, digərlərində isə qapalı qaldığını vurğulayıb.

"Ölkələri hər vəziyyətdə dəstəkləmək üçün UNESCO, UNİCEF və ÜST COVID-19 kontekstində məktəblərlə əlaqəli ictimai sağlamlıq tədbirlərinə dair yenilənmiş təlimatları dərc edib... Uşaqlar, gənclər və bütövlükdə cəmiyyətimiz üçün dağıdıcı nəticələrini nəzərə alsaq, məktəbləri bağlamaq qərarı son çarə və yalnız intensiv ötürülmə olan ərazilərdə yerli səviyyədə olmalıdır. Məktəb bağlandığı müddətdə təhsilin davamlılığı distant təhsil yolu ilə təmin edilməlidir", - deyə Qebreyesus bildirib.

1news.az

Paylaş:
788

Son xəbərlər

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33
Bütün xəbərlər