Ziyafət Əsgərov: Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir | 1news.az | Xəbərlər
Siyasət

Ziyafət Əsgərov: Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir

12:48 - 12 / 11 / 2015
Ziyafət Əsgərov: Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir

Baş verən proseslər heç bir halda Azərbaycanın milli təhlükəsizlik sistemini sarsıtmayıb və sarsıda bilməz.

1news.az-ın məlumatına görə, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Təhlükəsizlik Nazirliyi ətrafında yaranan son proseslərə münasibət bildirərkən deyib.

Z. Əsgərpov bildirib ki, bu məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarında iş gedir:

“Amma ümumiyyətlə, milli təhlükəsizlik orqanları öz işləri ilə məşğuldurlar və Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir.

Təəssüf ki, bəzi radikal qüvvələr Azərbaycandakı tolerantlığa və müxtəlif dinlər arasında olan yaxşı münasibətə zərbə vurmağa çalışırlar. Lakin Azərbaycanda dini radikalizmə yer yoxdur, biz dünyəvi dövlətik”.

1news.az

Paylaş:
832

Son xəbərlər

Bütün xəbərlər